--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İndoneziyada gəmi batıb: 6 ölü, 130 itkin

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 19:59 1068 baxış

243 nəfərin olduğu “Virgo Transport 8” Yava dənizində batıb

Elpress.az xəbər verir ki, İndoneziyada göyərtəsində 243 nəfərin olduğu “Virgo Transport 8” sərnişin gəmisi Yava dənizində batıb.Hadisə nəticəsində 6 nəfərin öldüyü, 130 nəfərin itkin düşdüyü, 107 nəfərin isə xilas edildiyi bildirilib.Məlumata görə, 30 heyət üzvü də daxil olmaqla 243 nəfərin olduğu gəmi şənbə günü Şərqi Yava əyalətinin Surabaya şəhərindən Cənubi Kalimantan əyalətinin Banjarmasin şəhərinə yola düşüb. Səhər saatlarında gəmi ilə əlaqənin kəsilməsindən sonra ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.Xilasedicilər əməliyyat zamanı hündürlüyü 2,5 metrə çatan dalğalarla mübarizə aparmalı olublar. Gəminin əlverişsiz hava şəraiti ilə qarşılaşdığı bildirilib.İlkin məlumatlarda gəmidə 241 nəfərin olduğu qeyd edilsə də, sonrakı məlumatlara əsasən sərnişin və heyət üzvlərinin ümumi sayı 243 nəfər olub. Hazırda itkin düşən şəxslərin axtarışı davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İraq Səudiyyə Ərəbistanı kəmərinə hücumda istifadə olunan PUA qurğusunu ələ keçirib

Next Article

Ərdoğanın Suriyaya səfərinə hazırlıq görülür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda mənzildə köməksiz qalan iki azyaşlı xilas edilib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:45 1141 baxış FHN xilasediciləri uşaqları qonşu eyvandan mənzilə daxil olaraq çıxarıblar Elpress.az xəbər verir ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında iki azyaşlı mənzildə bağlı qapı […]

Gəncədə yataqxanada yanğın: FHN hadisə yerində

Aysel Əlibəyli 07 İyul 2026 · 21:10 1156 baxış Gəncə şəhərində yerləşən yataqxanalardan birində yanğın hadisəsi baş verib. Elpress.az xəbər verir ki, hadisə Abbas Səhhət yaşayış massivində yerləşən 2 saylı yataqxanada qeydə alınıb. İlkin məlumata […]

kənddə kanala düşərək boğuldu

Aysel Əlibəyli 12 İyun 2026 · 19:28 1138 baxış Beyləqanda 65 yaşlı kişi kanalda boğularaq həyatını itirib. Hadisə Yuxarı Qarabağ kanalının Beyləqan rayonunun Eyvazallar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Məlumata görə, Milabad kənd sakini, […]