--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Hakerlər Berlin Senatının məxfi məlumatlarını darknetdə yayıb

Aysel Əlibəyli 13 Sentyabr 2026 · 21:16 1048 baxış

“Rhysida” qrupu kiberhücum zamanı 5,79 TB həcmində məlumat əldə edib və 2 milyon avro tələb edib

Elpress.az xəbər verir ki, “Rhysida” haker qrupu Berlin Senatının şəbəkələrinə həyata keçirdiyi kiberhücum nəticəsində əldə etdiyi məxfi məlumatların bir hissəsini darknetdə yayıb.Hakerlərin ümumilikdə 5,79 TB həcmində məlumat əldə etdiyi bildirilir. Sızdırılan materiallar arasında dronlarla bağlı yüzlərlə məxfi sənəd də yer alır.2025-ci ilin noyabrına aid sənədlərdən birində dronların istənilən vaxt təhlükəli əşyaları təhlükəsizlik zonasına çatdıra biləcəyi qeyd olunur. Digər məlumatlara əsasən, 2025-ci ilin yayında Berlin hava limanı ətrafında 30 kilometr radiusda 19 gün ərzində 2093 dron uçuşu qeydə alınıb.Haker qrupu Berlin rəhbərliyindən 2 milyon avro tələb edib və tələb yerinə yetirilmədiyi təqdirdə məlumatları yayacağı ilə hədələyib.Kiberhücum avqustun 14-də aşkarlanıb. Bundan sonra iki qurum təhlükəsizlik məqsədilə şəhər şəbəkəsindən müvəqqəti ayrılıb.Berlin meri Kay Vegner isə şəhər rəhbərliyinin hakerlərin şantajına boyun əyməyəcəyini açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Səudiyyə Ərəbistanı: Körfəz ölkələrinin hədəfə alınmasına yol verilməyəcək

Next Article

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bibiheybət yolunda motosiklet qəzası baş verib

Aysel Əlibəyli 22 Avqust 2026 · 12:03 1064 baxış Təhlükəli manevr edən motosiklet sürücüsü qəza törədib, sərnişinin kaskasız olması diqqət çəkib Elpress.az xəbər verir ki, Bakının Səbail rayonunda motosiklet sürücüsünün təhlükəli manevri qəza ilə nəticələnib.Hadisə […]

Qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:27 1206 baxış 7 yaşlı oğul anası tərəfindən qətlə yetirildi. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Məlumata görə, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədovaya qayçı ilə çoxsaylı […]