--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1086 baxış

Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib.

Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, soyqırımı, terrorçuluq və digər ağır əməllərdə təqsirli bilinərək məhkum olunmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.İclas Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilib. Təqsirləndirilən şəxslər məhkəmədə erməni və rus dillərində tərcüməçi, eləcə də müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin ediliblər. Məhkəmə prosesində zərərçəkmiş şəxslərin nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorlar da iştirak ediblər.Məhkəmə zamanı Arkadi Qukasyan əvvəlki iclasda başladığı çıxışını davam etdirərək özünü irəli sürülən ittihamlar üzrə təqsirli bilmədiyini bildirib. Daha sonra Vasili Beqlaryanın vəkilləri onun barəsində bəraət hökmü çıxarılmasını və Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğv edilməsini xahiş ediblər. Vasili Beqlaryan da çıxışında ittihamları qəbul etmədiyini deyib.Bako Sahakyanın müdafiəçiləri də çıxış edərək məhkəmədən hökmün ləğvini və müdafiə etdikləri şəxsə bəraət verilməsini istəyiblər. Bako Sahakyan isə məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini bildirib.Növbəti məhkəmə iclasının iyulun 14-də keçirilməsi qərara alınıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib, digər təqsirləndirilən şəxslər isə müxtəlif müddətlərə həbs cəzalarına məhkum olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Next Article

Çempionlar Gecəsində Azərbaycan boksçusundan qələbə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yasamalda uşaq bağçası ilə bağlı iddia araşdırılır

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 17:44 1070 baxış Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasına gedən azyaşlının səhhətində və davranışında dəyişiklik müşahidə olunması ilə bağlı yayılan məlumatlar araşdırılır. Elpress.az xəbər verir ki, sosial […]

Samuxda gənc qadını avtomobil vurdu

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:49 1060 baxış Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Elpress.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, yolu keçən 22 yaşlı Zeynəb Mustafayevanı avtomobil vurub.Qəza […]

Azərbaycanlı həkim Ukrayna müharibəsində həlak olub

Aysel Əlibəyli 07 Oktyabr 2026 · 12:24 1062 baxış Rusiya-Ukrayna müharibəsində həkim kimi xidmət edən azərbaycanlı Vahab Quliyev döyüşlər zamanı həyatını itirib. Elpress.az xəbər verir ki, Lənkəranın Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan […]

İsveçrədə musiqi festivalında atışma: yaralananlar var

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:25 1052 baxış Aarauda keçirilən elektron musiqi festivalında atəş səsləri eşidilib, polis genişmiqyaslı əməliyyata başlayıb Elpress.az xəbər verir ki, İsveçrənin Aarau şəhərində elektron musiqi festivalı zamanı silahlı insident baş […]