--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Bakıda yağışlı hava ilə bağlı xəbərdarlıq: temperatur 10 dərəcəyədək enəcək

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:19 1084 baxış

Bakıda və Abşeron yarımadasında yaxın günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir. Oktyabrın 2-si axşam saatlarından başlayacaq yağışların bəzi vaxtlarda leysan xarakterli və intensiv olacağı proqnozlaşdırılır.

Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntılı hava oktyabrın 4-ü səhərədək fasilələrlə davam edəcək. Oktyabrın 3-ü səhər saatlarınadək bəzi ərazilərdə yağışın güclənəcəyi və şimşək çaxacağı ehtimal olunur.

Hava şəraitinin dəyişməsi ilə əlaqədar paytaxt və Abşeronda temperaturun da aşağı düşəcəyi bildirilir. Oktyabrın 3-ü gecə saatlarında temperaturun 14-16, gündüz isə 16-18 dərəcə isti olacağı gözlənilir.

Respublikanın rayonlarında da oktyabrın 2-dən 5-dək havanın qeyri-sabit keçəcəyi, ayrı-ayrı ərazilərdə fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.

Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi rayonlarında yağıntıların intensiv xarakter alacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxması və dolu düşməsi, dağlıq ərazilərdə isə qar yağması mümkündür.

Güclü yağıntılar nəticəsində çaylarda suyun səviyyəsinin artacağı, Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi, eləcə də Naxçıvanın bəzi çaylarında qısamüddətli daşqın və sel hadisələrinin baş verə biləcəyi ehtimal edilir.

Ümumilikdə, qarşıdakı günlərdə ölkə üzrə temperaturun əvvəlki günlərlə müqayisədə 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Next Article

“MB-24000” lazer sistemi 4 kilometrədək məsafədə təsir göstərə bilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lazada sürüşmə: Qusar hadisə ilə sarsıldı

Aysel Əlibəyli 11 İyun 2026 · 18:28 1168 baxış Qusarda sürüşmə: xəsarət yoxdurQusarda baş verən sürüşmə nəticəsində xəsarət alan olmayıb. Qusarda zəif sürüşmə qeydə alınıb: ziyan yoxdurQusarda 1 maqnitudalı sürüşmə yerli vaxtla saat 14:38-də, 1 […]

Qazaxda ata və qızı göldə boğuldu

Aysel Əlibəyli 20 İyul 2026 · 16:41 1080 baxış Qazaxda faciə: Ata və qızı göldə həyatını itirdi Elpress.az xəbər verir ki, Qazax rayonunda ata və qızının ölümü ilə nəticələnən faciə baş verib. Hadisə rayonun Bala […]

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsi davam etdi

Aysel Əlibəyli 10 İyul 2026 · 21:46 1102 baxış Bakı Apellyasiya Məhkəməsində müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə növbəti məhkəmə iclası keçirilib. Elpress.az xəbər verir ki, İyulun 10-da Bakı Apellyasiya […]

Mingəçevir ərazisində boğularaq həyatını itirib.

Aysel Əlibəyli 12 İyul 2026 · 21:06 1094 baxış Mingəçevir su anbarının ərazisində yerləşən çimərlikdə baş verən faciə nəticəsində Tərtər rayon sakini, 24 yaşlı Rəşad Çərkəzli boğularaq ölüb. Elpress.az xəbər verir ki, Mingəçevir su anbarının […]