--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda avtobus sürücüsünün davranışı sərnişinlərin narazılığına səbəb oldu

Aysel Əlibəyli 10 İyul 2026 · 12:42 1058 baxış

Bakıda 13 nömrəli marşrut avtobusunda baş verən hadisə sərnişinlərin narazılığı ilə nəticələnib.

Elpress.az xəbər verir ki, hadisə Akademik Həsən Əliyev küçəsində, “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edən avtobusda qeydə alınıb.İddialara görə, dayanacaqda sərnişinlərdən biri təsadüfən “STOP” düyməsini basıb.

Bundan sonra avtobus sürücüsü nəqliyyat vasitəsini saxlayaraq qapıları bağlayıb, avtobusdan enib və yol kənarında siqaret çəkməyə başlayıb.

Hadisə zamanı sərnişinlər bir müddət avtobusda gözləməli olub. Sürücünün bu davranışı sərnişinlərin narazılığına səbəb olub və ətrafdakı şəxslər tərəfindən mobil telefonla lentə alınıb.

Məsələ ilə bağlı aidiyyəti qurumun mövqeyi hələlik açıqlanmayıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Next Article

Ukrayna Rusiyanın neft obyektləri və 18 gəmisini vurduğunu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Skuterdən telefon oğurlayan şəxs saxlanıldı

Aysel Əlibəyli 29 İyun 2026 · 18:53 1068 baxış Yasamalda oğurluq hadisəsi: skuterdəki telefonu götürən şübhəli saxlanılıb Bakının Yasamal rayonunda baş verən oğurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.Rayon ərazisində bir vətəndaşa məxsus […]

Yeni Yasamalda avtomobil yanıb

Aysel Əlibəyli 03 İyun 2026 · 15:22 1001 baxış Bakının Yeni Yasamal yaşayış massivində avtomobil yanğını qeydə alınıb. Elpress.az xəbər verir ki, hadisə ərazidə yerləşən marketlərdən birinin yaxınlığında baş verib.Məlumata görə, BYD markalı minik avtomobilində […]

Həzi Aslanov metrosu yaxınlığında yanğın

Aysel Əlibəyli 23 Avqust 2026 · 22:24 1016 baxış Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Elpress.az xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində, Həzi Aslanov metro stansiyasının yaxınlığında yerləşən binalardan birində qeydə […]