--:--:-- | 25 Avqust 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Zakir Həsənov Səlcuq Bayraktarla görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 12:25 1082 baxış

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkədə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Müdafiə naziri Zakir Həsənov “Baykar”ın Türkiyənin müdafiə sənayesində mühüm yer tutduğunu qeyd edərək, qabaqcıl texnologiyaların tətbiqi və birgə istehsal imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Səlcuq Bayraktar göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə sistemləri, insansız texnologiyalar və digər müdafiə sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda küçənin ortasında baş verən qətlin dəhşətli təfərrüatları üzə çıxdı

Next Article

Bakıda avtobus sürücüsünün davranışı sərnişinlərin narazılığına səbəb oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

XİN rəhbərləri regional məsələləri müzakirə edib

Aysel Əlibəyli 20 İyun 2026 · 18:22 1072 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub. Söhbət zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin gündəliyində duran məsələlər, yüksək səviyyəli […]

AMB pul siyasəti ilə bağlı yeni qərar verdi

Aysel Əlibəyli 24 İyun 2026 · 11:18 1080 baxış Elpress.az xəbər verir ki, Central Bank of the Republic of Azerbaijan 2026-cı il üzrə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikində dəyişiklik edib. Məlumata görə, faiz dəhlizinin […]