--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycandan keçən yükdə 80 kiloqrama yaxın marixuana aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:58 1084 baxış

İrandan Rusiyaya aparılan yük maşınında 79,74 kiloqram narkotik vasitə aşkarlanıb

Elpress.az xəbər verir ki, İrandan Rusiyaya Azərbaycan ərazisindən tranzit keçirilən yük nəqliyyat vasitəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.Astara Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.Astara gömrük postunda İrandan Rusiyaya “kahı” və “kərəviz” yükü aparan yük maşını saxlanılaraq yoxlamaya cəlb edilib. Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kinoloji xidmət itinin köməyi ilə yoxlanılıb. Yükün içərisində gizlədilmiş bağlamaların olduğu müəyyənləşdirilib.Ətraflı yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd “kərəviz” formalı qablaşdırmada ümumi xalis çəkisi 79 kiloqram 740 qram olan marixuana aşkar edilərək götürülüb.Faktla bağlı araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna ordusu Rusiyanın 60 milyon dollarlıq radiolokasiya stansiyasını vurub

Next Article

Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dənizdə batan Ruslan Azərbaycan çempionu imiş

Aysel Əlibəyli 06 Avqust 2026 · 22:20 1078 baxış Buzovnada dənizdə batan MAA tələbəsi Ruslan Həmidov “World Robot Caspian Cup” qalibi imiş Elpress.az xəbər verir ki, Avqustun 2-də Buzovna qəsəbəsində dənizin nəzarətsiz ərazisində batan şəxslərdən […]

Xırdalanda yaşayış kompleksində yanğın söndürülüb

Aysel Əlibəyli 18 Oktyabr 2026 · 11:12 1062 baxış Abşeron rayonunun Xırdalan şəhərində yaşayış kompleksinin ərazisində baş verən yanğın tam söndürülüb. Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri alovun yaxınlıqdakı yaşayış binalarına və obyektlərə […]

Zaqatalada TIR-la avtomobil toqquşdu

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:06 1062 baxış Zaqatalada ağır tonnajlı yük maşını ilə “Chevrolet Niva” toqquşub, iki nəfər yaralanıb Elpress.az xəbər verir ki, Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.Hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd […]

Masazırda spirtli içki üstündə dava düşüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 19:03 1062 baxış Elpress.az xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən şərab evlərindən birində mübahisə baş verib. Məlumata görə, spirtli içki aldıqdan sonra pulunu ödəməkdən imtina edən şəxslə […]