--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Kreml ABŞ-ın yeni sanksiyalarına münasibət bildirib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:01 1132 baxış

Peskov sanksiyaların Ukrayna nizamlanması üzrə irəliləyişlərə töhfə verməyəcəyini deyib

Elpress.az xəbər verir ki, Kreml ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyaların Ukrayna münaqişəsinin nizamlanması istiqamətində irəliləyişə kömək etməyəcəyini açıqlayıb.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ-ın sanksiyaları ilə bağlı ticarət tərəfdaşları ilə mütəmadi əlaqə saxlayır. Onun sözlərinə görə, tərəfdaş ölkələr mümkün ikinci dərəcəli məhdudiyyətlərin təsirlərini qiymətləndirirlər.Peskov qeyd edib ki, yeni sanksiyaların tətbiqi Rusiya-ABŞ münasibətlərinin yaxşılaşdırılmasına da müsbət təsir göstərməyəcək. O, bu addımların Ukrayna üzrə nizamlanma prosesində daha ciddi irəliləyişlərin əldə olunmasına töhfə verməsinin gözlənilmədiyini bildirib.Kremlin sözçüsü Rusiyaya indiyədək 30 mindən çox müxtəlif sanksiyanın tətbiq edildiyini də xatırladıb. Onun sözlərinə görə, məhdudiyyətlər bazarlara, şirkətlərə, ayrı-ayrı sektorlara və şəxslərə yönəlib.Peskov Rusiyanın sanksiyalara əhəmiyyətli dərəcədə uyğunlaşdığını və onların mənfi təsirlərini azaltmaq üçün müxtəlif mexanizmlər formalaşdırdığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycandan keçən yükdə 80 kiloqrama yaxın marixuana aşkarlanıb

Next Article

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ər-Riyad hava limanına hücum: 12 nəfər ölüb, 309 nəfər yaralanıb

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 14:14 1090 baxış Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb. Elpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş […]

İrandan sərt təhdid: “Daş dövrünə qaytaracağıq”

Aysel Əlibəyli 02 Avqust 2026 · 14:56 1102 baxış İran parlamentinin nümayəndəsi ABŞ və İsrailə xəbərdarlıq edib Elpress.az xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai “X” sosial şəbəkəsində […]

Ali Rada yeni Baş naziri təsdiqlədi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:26 1122 baxış Ukrayna parlamenti Sergey Koretskinin Baş nazir təyin olunmasına səs verib Elpress.az xəbər verir ki, Ukraynada hökumət rəhbərliyində dəyişiklik baş verib. Sergey Koretski ölkənin yeni Baş naziri […]

Ukrayna Belqoroda zərbə endirib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:45 1108 baxış Ukraynanın Belqorod vilayətinə endirdiyi zərbələr nəticəsində 4 nəfər ölüb, 46 nəfər yaralanıb. Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə həyata keçirdiyi zərbələr nəticəsində […]