--:--:-- | 25 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ailəsi ilə yola çıxan futbolçu qəzaya düşdü

Aysel Əlibəyli 27 May 2026 · 21:51 58 baxış

Türkiyə Birinci Liqasının klubu “Ankaragücü”nün futbolçusu Furkan Perker Qurban bayramı tətilində ailəsi ilə birlikdə ağır yol qəzası keçirib.

Elpress.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə onlar Ankaradan Antalyanın Manavqat rayonuna yola düşərkən baş verib. Avtomobil Dereağzı bölgəsindən keçərkən idarəetmədən çıxıb, yol kənarındakı beton maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Maşın tamamilə yararsız hala düşüb, sıxılmış vəziyyətdə qalan 2 nəfəri xilasedicilər güclə nəqliyyat vasitəsindən çıxarıb.Qəzada futbolçu Furkan Perker, atası Fərşat Perker, anası Elif İrəm Perker, qardaşı Vatan Perker və 11 yaşlı bacısı M.P. yaralanıb. Beş nəfər ilkin tibbi yardımdan sonra Manavqatdakı xəstəxanalara yerləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Moskva-İrəvan qaz münasibətlərində böhran siqnalı

Next Article

World Health Organization bildirib ki, Democratic Republic of the Congonun şərqində davam edən müharibə Ebola epidemiyasına qarşı mübarizə və profilaktik tədbirlərin həyata keçirilməsini daha da çətinləşdirir.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Aysel Əlibəyli 16 İyun 2026 · 00:03 62 baxış Göyçay rayonunda qeyri-sabit hava şəraiti bir sıra problemlərə yol açıb. Axşam saatlarında yağan leysan və müşahidə olunan güclü külək müxtəlif ərazilərdə fəsadlar törədib. Elpress.az APA-ya istinadən […]

Güclü külək Bakıda fəsad yaratdı

Aysel Əlibəyli 29 May 2026 · 23:27 52 baxış Paytaxtda güclü külək bir sıra fəsadlara yol açıb. Elpress.az Apa-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində axşam saatlarında güclənən külək ticarət mərkəzlərindən birinin dam örtüyünü qopararaq […]

9-cu mikrorayonda yaşayış binası alova büründü

Aysel Əlibəyli 07 İyun 2026 · 16:57 94 baxış Bakının Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Elpress.az xəbər verirki Hadisə ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon […]