--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakıda gənclərin iqlim fəaliyyətində rolu müzakirə edilib

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 16:16 1064 baxış

İqlim Forumunda gənclərin qərarvermə proseslərinə daha fəal cəlb olunmasının vacibliyi vurğulanıb

Elpress.az xəbər verir ki, Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Youth-led Climate Forum”da gənclərin iqlim dəyişikliyi ilə mübarizədə iştirakı və onların qərarvermə proseslərində rolunun artırılması məsələləri müzakirə olunub.Tədbirdə iqlim sahəsində qəbul edilən öhdəliklərin real nəticələrə çevrilməsi, gənclərin təşəbbüslərinin dəstəklənməsi və onların iqlim siyasətində iştirak imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.COP31-in Gənclər üzrə İqlim Çempionu Salli Higgins bildirib ki, iqlim fəaliyyətinin uğuru yalnız verilən vədlərlə deyil, onların praktiki nəticələri ilə qiymətləndirilməlidir. Onun sözlərinə görə, dünya əhalisinin böyük hissəsinin 35 yaşdan aşağı olması gəncləri iqlim mübarizəsində əsas qüvvələrdən birinə çevirir.Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev isə gənclərin iqlim prosesində rolunun yalnız gələcəklə əlaqələndirilməsinin doğru olmadığını deyib. O qeyd edib ki, bu gün qəbul edilən qərarlar birbaşa gənc nəslin gələcəyinə təsir göstərir və onların bilik, ideya və seçimləri qarşıdakı dövrün formalaşmasında mühüm əhəmiyyət daşıyır.Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də gənclərin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, uşaqlar və gənclər iqlim dəyişmələrinə ən az təsir edən qruplar sırasında olsalar da, onların nəticələrdən zərər görmə ehtimalı daha yüksəkdir.Rəfiyev gənclərin iqlim həllərinin hazırlanmasında iştirak etdiyini, innovasiyaları təşviq etdiyini və daha fəal iqlim siyasətinə çağırışlar etdiyini qeyd edib. Onun fikrincə, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, eləcə də qərar qəbuletmə proseslərinə real şəkildə cəlb olunması dayanıqlı, aşağı karbonlu və iqlim dəyişmələrinə davamlı gələcəyin qurulması üçün vacibdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

COP31-də iqlim maarifləndirilməsinin genişləndirilməsi planlaşdırılır

Next Article

Üç həkimin qanunsuz plastik əməliyyat apardığı aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Trampdan İranla bağlı yeni açıqlama: “Bu mümkündür”

Aysel Əlibəyli 01 Oktyabr 2026 · 16:15 1096 baxış ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların gələcəkdə genişləndirilə biləcəyini istisna etməyib. O, mümkün zərbənin ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra həyata keçirilə biləcəyini bildirib. Elpress.az […]

Hörmüz boğazında müvəqqəti dəhliz müzakirə olunub

Aysel Əlibəyli 27 Avqust 2026 · 16:05 1068 baxış Qətər və İran gəmilərin keçidi üçün alternativ marşrut yaradılmasını nəzərdən keçirib Elpress.az xəbər verir ki, Qətər və İran arasında Hörmüz boğazında gəmiçilik fəaliyyətinin təmin olunması ilə […]

Tramp: İran iqtisadi böhran yaşayır

Aysel Əlibəyli 09 Avqust 2026 · 23:34 1064 baxış ABŞ Prezidenti Tehranla razılaşmanın mümkün olduğunu bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın ağır iqtisadi vəziyyətlə üzləşdiyini və Vaşinqtonla Tehran arasında gələcəkdə razılaşmanın […]

Trampın Putinlə bağlı açıqlamasına mediadan şübhə

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 18:42 1102 baxış ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğu barədə açıqlaması gündəmə gəlib. Elpress.az xəbər […]