Azərbaycan millisinin futbolçuları Anım Günündə şəhidlərin xatirəsini yad ediblər
Elpress.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçuları UEFA Millətlər Liqasında Litva ilə keçirilən qarşılaşmada Mahir Emrelinin vurduğu qolu xüsusi jestlə qeyd ediblər.Mahir Emreli 14-cü dəqiqədə millimizi hesabda önə keçirən qolu vurduqdan sonra komanda yoldaşları ilə birlikdə əsgər salamı verib.Futbolçular bu jestlə 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.Qeyd edək ki, qarşılaşmanın ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.


