Elpress.az xəbər verir ki, günün bu saatlarında Bakının bir sıra əsas yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Hazırda sıxlığın qeydə alındığı istiqamətlər aşağıdakılardır:
Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqaməti;
Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqaməti;
Ziya Bünyadov prospekti – Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqaməti;
1-ci Göl kənarı yolu – Ziya Bünyadov prospekti istiqaməti;
Heydər Əliyev prospektinin əsas yolu – şəhər mərkəzi istiqaməti;
Heydər Əliyev prospektinin köməkçi yolu – şəhər mərkəzi istiqaməti;
8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqaməti;
Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;
Tbilisi prospekti – İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqaməti;
Tbilisi prospekti – “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqaməti.
Sürücülərə həmin istiqamətlərdə hərəkət zamanı diqqətli olmaları və mümkün qədər alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


