--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan XİN-dən Fransa nazirinin ittihamlarına cavab

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 14:33 1096 baxış

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun ölkəmizlə bağlı səsləndirdiyi fikirləri əsassız hesab edərək qınayıb.

Elpress.az xəbər verir ki, XİN-in mətbuat katibi Ayxan Hacızadə rəsmi Bakının oktyabrın 13-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda Fransa nazirinin çıxışına münasibətini açıqlayıb.

Hacızadənin sözlərinə görə, Azərbaycanı Yeni Kaledoniya və Fransanın digər dənizaşırı ərazilərində yaşayan xalqların hüquqları uğrunda mübarizəsinə müdaxilə etməkdə ittihamlandırmaq əsassızdır. O bildirib ki, həmin ərazilərdəki proseslərə fərqli yanaşmaları xarici müdaxilə ilə əlaqələndirmək yerli əhalinin iradə və narahatlıqlarını kölgədə qoyur.

XİN rəsmisi Fransa tərəfinin demokratiya, insan hüquqları və hüququn aliliyi prinsiplərini ilk növbədə öz siyasətində ardıcıl tətbiq etməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Fransanı ölkəmizlə bağlı əsassız iddialara son qoymağa, qarşılıqlı hörmət, suveren bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərinə əməl etməyə çağırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hakan Fidan Azərbaycana səfər edəcək

Next Article

İran xarici işlər nazirinin müavini Bakıya gəlir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yunis Qurbanov: Strateji tərəfdaşlıq yeni mərhələyə keçib

Aysel Əlibəyli 16 İyul 2026 · 13:35 1122 baxış Yunis Qurbanov Azərbaycan–ABŞ münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini bildirib Elpress.az xəbər verir ki , Politoloq Yunis Qurbanov hesab edir ki, son dövrlər Azərbaycan ilə ABŞ arasında […]

Bir vəkil Kollegiyadan xaric edilib

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 12:59 1068 baxış İki vəkilə töhmət verilib, daha iki nəfərə xəbərdarlıq edilib Elpress.az xəbər verir ki, İntizam pozuntularına yol verən vəkillərlə bağlı qərarlar qəbul edilib.Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına […]

Azərbaycan və Gürcüstan arasında hərbi informasiya əməkdaşlığı

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 20:57 1066 baxış Azərbaycan və Gürcüstanın müdafiə qurumlarının ictimaiyyətlə əlaqələr və strateji kommunikasiya sahəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və […]

Ceyhun Bayramov Gürcüstanlı həmkarı ilə görüş keçirib.

Aysel Əlibəyli 08 İyun 2026 · 19:46 1108 baxış Ceyhun Bayramov İstanbulda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə ikitərəfli görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji əməkdaşlıq münasibətlərinin […]