--:--:-- | 21 Sentyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Böyük Britaniya “Ryanair”in qaydalarını araşdırır

Aysel Əlibəyli 11 İyun 2026 · 13:45 1094 baxış

Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) aşağıbüdcəli aviadaşıyıcı Ryanair ilə bağlı araşdırmaya start verib.

Elpress.az xəbər verir ki, araşdırma şirkətin valideynlərdən uşaqları ilə yanaşı oturmaq üçün əlavə ödəniş tələb etməsi ilə əlaqədardır.Tənzimləyici qurum bu praktikanın istehlakçı hüquqlarına və mövcud qanunvericiliyə nə dərəcədə uyğun olduğunu müəyyənləşdirməyə çalışır.Məlumata əsasən, aviaşirkət azyaşlı sərnişinlərin valideynləri ilə birlikdə əyləşməsi üçün hər uçuş istiqaməti üzrə orta hesabla 8 funt sterlinq məbləğində xidmət haqqı alır. Şirkətin qaydalarına görə, 2-11 yaş arası uşaqların valideynlərindən ayrı oturmasına icazə verilmir.“Ryanair” isə ittihamları qəbul etməyərək, ailələr üçün nəzərdə tutulan oturacaq siyasətinin bütün hüquqi tələblərə cavab verdiyini bildirib.CMA-nın açıqlamasında vurğulanıb ki, Böyük Britaniyada fəaliyyət göstərən iri hava yolları arasında bu cür ödəniş tətbiq edən yeganə şirkət “Ryanair”dir. Araşdırmanın nəticələri yaxın aylarda açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qubada bədbəxt hadisə: 74 yaşlı kişi həyatını itirdi

Next Article

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Merzdən İsrailə çağırış

Aysel Əlibəyli 18 İyun 2026 · 00:47 1116 baxış Almaniya Kansleri Friedrich Merz İsrail və Livan arasında gərginliyin artması ehtimalı ilə bağlı narahatlığını ifadə edib. Elpress.az xəbər verir ki, kansler bu barədə Fransanın Évian-les-Bains şəhərində […]

Hörmüz boğazı yenidən bağlandı – media

Aysel Əlibəyli 20 İyun 2026 · 18:51 1100 baxış Elpress.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının yenidən bağlandığını açıqlayıb. Məlumata görə, SEPAH bu qərarı İsrailin Livanın cənubunda hərbi əməliyyatlara başlamasına […]

Tramp: İran nüvə silahından imtina etməyə razılaşıb

Aysel Əlibəyli 03 İyun 2026 · 15:13 1166 baxış ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməyəcəyi ilə bağlı razılığın əldə olunduğunu bildirib. Elpress.az FED.az-a istinadən xəbər verir ki, Tramp bu barədə “Pod Force […]