--:--:-- | 30 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda leysan və şimşək – son vəziyyət

Aysel Əlibəyli 14 Avqust 2026 · 10:42 1046 baxış

Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir. Ölkənin bəzi ərazilərində fasilələrlə yağış yağır, ayrı-ayrı rayonlarda leysan xarakterli yağıntı və şimşək müşahidə olunur.

Elpress.az xəbər verir ki, avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.Ən çox yağıntı Sarıbaşda (Qax) – 53 mm, Balakəndə – 45 mm, Zaqatalada – 44 mm, Xınalıqda – 40 mm qeydə alınıb.Digər ərazilərdə düşən yağıntının miqdarı belə olub:

Qrız – 20 mm

Qusar – 10 mm

Gədəbəy – 10 mm

Quba və Tovuz – 8 mmAğdam – 7 mmXaçmaz, Şabran və Kişçay (Şəki) – 4 mmDaşkəsən, Lənkəran, Ceyrançöl və Culfa – 3 mmŞahdağ və Qəbələ – 2 mmGöygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabad, həmçinin Bakı və Abşeron yarımadasında – 1 mm yağıntı düşüb.Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntıların güclənməsi ilə yanaşı, şimşək çaxması da müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 14-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşə biləcəyi gözlənilir.

Məlumata əsasən, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər güclənəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman da müşahidə oluna bilər.Bakıda və Abşeron yarımadasında isə avqustun 14-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış ehtimalı var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ronaldo saçının rəngini dəyişdi

Next Article

İyulda 876 mindən çox şəxs sosial müavinət və təqaüd alıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 1121 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]

Naxçıvanda şəhid ailələri və qazilərə yeni mənzillər verilib

Aysel Əlibəyli 19 Avqust 2026 · 20:37 1048 baxış Muxtar respublikada şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi davam etdirilir Elpress.az xəbər verir, Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələri və müharibə ilə […]

Bu gün ilin ən uzun günü yaşanır

Aysel Əlibəyli 21 İyun 2026 · 18:18 1162 baxış Elpress.az xəbər verir ki, iyunun 21-i saat 12:24-də Azərbaycanda astronomik yay fəsli başlayıb. Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu tarixdə Şimal yarımkürəsində yay, Cənub […]

Bəzi məktəblərdə sabah distant təhsil olacaq

Aysel Əlibəyli 04 İyun 2026 · 18:44 1172 baxış IV siniflər üzrə iyunun 5-də, VI siniflər üzrə isə iyunun 6-da nəzərdə tutulan monitorinqlər səbəbindən paytaxtda mərkəz olaraq müəyyən edilmiş ümumi təhsil müəssisələrində tədris onlayn formatda […]