--:--:-- | 01 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Məktəbli formalarında endirim başladı – yeni qiymətlər AÇIQLANDI

Aysel Əlibəyli 15 Avqust 2026 · 11:40 1060 baxış

Yeni tədris ilinin başlanmasına sayılı günlər qaldığı bir vaxtda məktəbli formalarının satışı da sürətlənib. Valideynlər artıq övladları üçün forma alışına başlayıblar.

Elpress.az xəbər verir ki, məktəbli formalarının qiymətləri satış məntəqələrindən və məhsulun növündən asılı olaraq dəyişir.

Məlumata görə, müxtəlif satış nöqtələrində qısaqol köynəklər 23-27 manat, uzunqol köynəklər 25-27 manat, klassik şalvarlar 20-28 manat, ipli şalvarlar 20-35 manat, jaketlər 25-35 manat, ətəklər isə 25-35 manat arasında təklif olunur.

Məktəb embleminin formanın üzərinə vurulması üçün əlavə olaraq 1,5 manat ödəniş tələb edilir.Bəzi satış məntəqələrində isə daha münasib qiymətlərə məktəbli geyimləri təqdim olunur. Belə ki, köynəklər 15 manat, ətəklər 13 manat, şalvarlar 20 manat, jaketlər isə 23 manatdan başlayan qiymətlərlə satılır.Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarının da bu il endirimli qiymətlərlə satışa çıxarıldığı bildirilib. Belə ki, əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti 15 manata endirilib. Jaketlərin qiyməti 30 manatdan 22 manata, polo köynəklərin qiyməti isə 12-14 manata qədər aşağı salınıb.

Məktəbli formalarının hazırlanmasında Türkiyə, Belarus və Özbəkistandan gətirilən parçaların istifadə olunduğu qeyd edilir.Məktəbli formalarının satışı ilboyu davam etdirilir. Ölkə üzrə fəaliyyət göstərən satış mərkəzlərində valideynlər müxtəlif ölçülərdə məktəbli geyimləri əldə edə bilərlər.Tədris ilinin başlamasına az vaxt qalması səbəbindən satış məntəqələrində sıxlıq və növbələrin yaranması ehtimal olunur.

Valideynlərə formaları əvvəlcədən əldə etmələri tövsiyə edilir. Bu, həm uyğun ölçü və model seçimini asanlaşdırır, həm də növbələrdə vaxt itkisinin qarşısını alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Sea Breeze”də 4 yaşlı uşaq faciəli şəkildə həyatını itirdi

Next Article

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Riyaziyyatçılar süni intellektin riyaziyyata təsirindən narahatdır

Aysel Əlibəyli 12 Sentyabr 2026 · 16:49 1042 baxış 25 “Filds” medalçısı süni intellektin mürəkkəb riyazi problemlərin həllində istifadəsi ilə bağlı xəbərdarlıq edib Elpress.az xəbər verir ki, “Filds” medalına layiq görülmüş 25 riyaziyyatçı alim süni […]

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:39 1058 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan ərazilər bunlardır: 1-ci Göl kənarı yolu […]