--:--:-- | 04 Noyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

65 yaşlı həkimlərlə bağlı qərarda dəyişiklik gündəmdə

Aysel Əlibəyli 17 İyun 2026 · 13:55 1188 baxış

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması məqsədilə 65 yaş həddinə çatmış həkimlərin fəaliyyətinə davam etməsinə icazə verilməsi nəzərdə tutulur.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında ölkədə, xüsusilə regionlarda mövcud olan həkim çatışmazlığı məsələsi geniş müzakirə olunub. Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, bu problem uzun müddətdir aktualdır və onun həlli istiqamətində müxtəlif görüşlər, dinləmələr və aidiyyəti qurumlarla müzakirələr aparılır.Müzakirələr zamanı qeyd edilib ki, Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış gənc həkimlərin Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara yönləndirilməsi planlaşdırılır. Bununla yanaşı, 65 yaş həddinə çatmış təcrübəli həkimlərin də təqaüdə göndərilməsi məsələsinə yenidən baxılması gündəmdədir.Yeni yanaşmaya əsasən, həmin həkimlərin fəaliyyətini davam etdirməsinə şərait yaradılması və onların regionlarda səhiyyə xidmətlərinin gücləndirilməsində iştirak etməsi nəzərdə tutulur. Əhliman Əmiraslanov bu addımların səhiyyə sistemində mövcud boşluqların aradan qaldırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Next Article

Əhmədlidə açıq ərazidə güclü yanğın

Bəlkə də, sizin üçün maraqlı olar ...;

9-cu sinif təkrar imtahanlarının nəticələri açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:16 1110 baxış Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə təkrar imtahanların nəticələri artıq elan olunub. İmtahanda iştirak edən şagirdlər öz nəticələri ilə müəyyən edilmiş […]

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:35 1076 baxış Ötən gün ən yüksək temperatur Aran rayonlarında 37 dərəcə olub Elpress.az xəbər verir ki, Avqustun 22-si saat 10:00-a olan hava şəraiti ilə bağlı faktiki göstəricilər açıqlanıb.Milli […]

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Aysel Əlibəyli 11 İyun 2026 · 17:22 1160 baxış Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə, eləcə də universitetin klinikasına səfər ediblər. Elpress.az xəbər […]

Nurəddin Qərəvi: Qürbətdə bir vətən nəğməsi

Elşən 07 İyun 2026 · 14:46 1259 baxış İran–ABŞ–İsrail qarşıdurması: savaş, yoxsa ssenari?İran, ABŞ və İsrail arasında yaşanan qarşıdurmanın sona yaxınlaşdığı bir dövrdə bir sual məni ciddi şəkildə düşündürür: həqiqətənmi bu hadisələr bir müharibədir, yoxsa […]