Tibb müəssisələrində hicabdan istifadəyə məhdudiyyət qoyulduğunu iddia edən sənədin həqiqəti əks etdirmədiyi açıqlanıb.
Elpress.az xəbər verir ki, bu barədə Media və Yayım Şurası ilə Səhiyyə Nazirliyinin birgə açıqlamasında bildirilib.
Qeyd olunub ki, nazirlik tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda hər hansı göstəriş verilməyib. Saxta məktubun rəsmi sənəd kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiya kimi qiymətləndirilib.
Birgə açıqlamada media qurumları və sosial şəbəkə istifadəçiləri məlumatları rəsmi mənbələrdən yoxlamağa, saxta sənədlərin yayılmasına yol verməməyə çağırılıblar.


