--:--:-- | 03 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İmtahana başqasının yerinə girmək istəyən şəxs saxlanıldı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:24 1096 baxış

Ali məktəblərə qəbul imtahanı zamanı qayda pozuntusuna yol verməyə çalışan şəxs müəyyən edilərək imtahandan uzaqlaşdırılıb. Hadisə V ixtisas qrupu üzrə keçirilən qabiliyyət imtahanında qeydə alınıb.

Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid keçirilən qabiliyyət imtahanı zamanı qayda pozuntusu aşkar edib. Belə ki, bir nəfər başqa bir abituriyentin yerinə imtahana daxil olmağa cəhd göstərib.DİM-in yaydığı məlumata əsasən, yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən olunub və o, imtahanda iştirak etməsinə icazə verilmədən zaldan uzaqlaşdırılıb.Qurum bildirib ki, belə hallarda həm imtahanda iştirak etməli olan şəxs, həm də onun yerinə imtahana girməyə cəhd edən şəxs məsuliyyət daşıyır. Qaydalara əsasən, əsl namizədin bütün imtahan nəticələri ləğv edilir və o, müsabiqədən kənarlaşdırılır. Başqasının yerinə imtahana daxil olmağa çalışan şəxs isə qanunvericiliyə uyğun hüquqi məsuliyyət daşıyır.DİM qeyd edib ki, bu cür qayda pozuntularına yol verən şəxslər arasında bəzən ali təhsil müəssisələrinin tələbələri də olur və belə hallarda onların universitetdən xaric olunması ehtimalı mövcuddur. Əvvəlki illərdə də oxşar faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb və məhkəmə qərarları qəbul edilib.Dövlət İmtahan Mərkəzi vətəndaşları imtahan qaydalarına ciddi əməl etməyə çağıraraq bildirib ki, qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı bundan sonra da müvafiq tədbirlər görüləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AAYDA-ya məxsus bir sıra yol istismarı qurumları ləğv edildi

Next Article

Tramp sevdiyi mahnının müəllifini yad etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustun hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:52 1068 baxış Avqustda Azərbaycanda isti hava üstünlük təşkil edəcək — temperatur 41°C-yə çatacaq Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti avqust ayı üçün ölkə üzrə gözlənilən hava şəraitinə […]

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:07 1064 baxış Şirvanda fövqəladə hallar zamanı əhalinin təxliyəsi və təhlükəsizliyi müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində […]

Bakının əsas yollarında sıxlıq: sürücülər tıxacda qalıb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 20:24 1068 baxış Elpress.az xəbər verir ki, paytaxtın bir sıra əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Sıxlıq səbəbindən avtomobillərin hərəkət sürəti azalıb, bəzi istiqamətlərdə sürücülər tıxacda gözləməli […]