--:--:-- | 15 Oktyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

İstanbulda keçirilən forumda Azərbaycandan geniş nümayəndə heyəti

Aysel Əlibəyli 16 İyul 2026 · 00:38 1082 baxış

Azərbaycanın elm və ali təhsil müəssisələrinin nümayəndələri III Türk Dünyası Yay Forumunda iştirak ediblər

Elpress.az xəbər verir ki , Türkiyənin İstanbul şəhərində keçirilən III Türk Dünyası Yay Forumu bu il də dünyanın müxtəlif ölkələrindən alimləri, tədqiqatçıları və dövlət rəsmilərini bir araya gətirib. İbn Haldun Universitetinin Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum Türk Dövlətləri Təşkilatı (TDT), TİKA və YTB-nin tərəfdaşlığı ilə baş tutub.Artıq ənənəvi beynəlxalq akademik platformaya çevrilən tədbirdə 26 ölkədən 150-yə yaxın alim, ekspert, siyasətçi və dövlət rəsmisi iştirak edib. Forum çərçivəsində Türk dünyasının siyasi, iqtisadi, təhlükəsizlik, təhsil, mədəniyyət və regional əməkdaşlıq məsələləri geniş müzakirə olunub.Azərbaycan tədbirdə AMEA, Bakı Dövlət Universiteti, Xəzər Universiteti və ADA Universitetinin alim və tədqiqatçılarından ibarət geniş akademik heyətlə təmsil olunub. Forumun açılış mərasimində TDT rəhbərliyi, İbn Haldun Universitetinin nümayəndələri və müxtəlif ölkələrdən olan elm adamları iştirak edərək akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.Tədbir çərçivəsində Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev “Milli inteqrativ siyasət kontekstində Cənubi Qafqazın yenidən dəyərləndirilməsi: Azərbaycan nümunəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanın postmünaqişə dövründə regionda oynadığı strateji rol və inteqrasiya siyasəti elmi baxımdan təhlil olunub.Bununla yanaşı, SOCAR Türkiyənin Baş icraçı direktoru Elçin İbadov Türk dünyasında enerji əməkdaşlığı, iqtisadi inteqrasiya və elmi-tədqiqat layihələrinin inkişafı barədə iştirakçılara məlumat verib. Forum iştirakçıları həmçinin Türk Dövlətləri Təşkilatının İstanbuldakı qərargahını ziyarət edərək ali təhsil və akademik əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərdəkanda faciə: 22 yaşlı oğlan dənizdə itkin düşüb

Next Article

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

TƏBİB-də yeni təyinat: şöbə müdiri dəyişdi

Aysel Əlibəyli 10 Oktyabr 2026 · 14:10 1066 baxış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) strukturunda yeni kadr təyinatı həyata keçirilib. Elpress.az xəbər verir ki, Elvin Əlizadə qurumun Strateji inkişaf departamentinin Proseslərin optimallaşdırılması şöbəsinin müdiri […]

GDT peyvəndi hansı xəstəliklərdən qoruyur?

Aysel Əlibəyli 10 İyun 2026 · 19:16 1172 baxış GDT peyvəndi uşaqları üç təhlükəli yoluxucu xəstəlikdən – göyöskürək, tetanus və difteriyadan qoruyur. Mütəxəssislər bu xəstəliklərin qarşısının alınmasında peyvəndlənmənin ən effektiv vasitə olduğunu bildirirlər. Göyöskürək Göyöskürək […]