--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:54 1082 baxış

Həssas qruplardan olan şəxslər 14 istiqamət üzrə bacarıqlarını inkişaf etdirirlər

Elpress.az xəbər verir ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında hazırda 360-dək benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb olunub.Benefisiarlar ümumilikdə 14 fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirirlər. Onlardan 187 nəfəri əsas mərkəzdə, digər şəxslər isə İsmayıllı və Bərdədə fəaliyyət göstərən “DOST Evi” filiallarında xidmətlərdən yararlanır.Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin açılışı 2021-ci ilin oktyabrında keçirilib. Müəssisə Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı kimi fəaliyyət göstərir.Mərkəz və filiallarında əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas qruplara aid insanlar təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma və tikmə, bədii oyma və digər sahələr üzrə təlimlərdə iştirak edirlər.Təlim və ustad dərsləri vasitəsilə iştirakçıların yaradıcı potensialının inkişaf etdirilməsi, yeni bacarıqlar qazanması və cəmiyyətə inteqrasiyasının dəstəklənməsi istiqamətində iş aparılır.İndiyədək DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarının xidmətlərindən ümumilikdə 1055 benefisiar yararlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna ICAO-ya Rusiya üzərində uçuşların dayandırılmasını təklif edib

Next Article

Azərbaycanın Çin və ŞƏT məkanı ilə əməkdaşlıq imkanları artır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

MEDİA statistik məlumatların düzgün təqdim edilməsinə çağırdı

Aysel Əlibəyli 20 İyun 2026 · 19:01 1118 baxış MEDİA xəbər və statistik məlumatların yayımında mənbə, metodologiya və kontekstin düzgün göstərilməsinin vacibliyini vurğulayıb. Medianın İnkişafı Agentliyi (MEDİA) mediada statistik məlumatların təqdimatı zamanı məlumatların mənbəyinin, hazırlanma […]

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1134 baxış Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb. Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, […]