--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Yol polisi Formula 1 yarışı ilə bağlı sürücülərə müraciət edib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:20 1120 baxış

Bakıda sentyabrın 20-dən 28-dək bəzi yollar nəqliyyat üçün bağlanacaq

Elpress.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edib.Paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabrın 24-dən 26-dək Bakı şəhərinə ətraf kənd və qəsəbələrdən, eləcə də digər şəhər və rayonlardan gələn şəxslərə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunub. Paytaxt sakinlərindən isə yarış günlərində fərdi avtomobillərdən mümkün qədər az istifadə etmələri və şəhərin mərkəzi hissəsinə ictimai nəqliyyatla hərəkət etmələri xahiş edilib.Bildirilib ki, Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi təşkil olunacaq. Yarışla əlaqədar paytaxtın müəyyən ərazilərində nəqliyyat məhdudiyyətləri də tətbiq ediləcək.İlkin məhdudiyyət sentyabrın 19-u saat 21:00-dan qüvvəyə minəcək və Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsini əhatə edəcək. Bu məhdudiyyət yarış başa çatana qədər davam edəcək.Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.Məhdudiyyət tətbiq edilən ərazilərə giriş və çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq. Sentyabrın 21 və 22-də müəyyən giriş-çıxış nöqtələri saat 07:00-09:00 və 18:00-20:00 aralığında, sentyabrın 23-də isə 07:00-09:00 və 20:00-22:00 saatlarında nəqliyyat üçün açıq olacaq.Məhdudiyyətlər dövründə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri ilə təmin ediləcək.Tranzit dəhlizlərində fövqəladə hallar istisna olmaqla, parklanma, sərnişinlərin mindirilməsi və düşürülməsi qadağan ediləcək. Həmin ərazilərdə maksimal sürət həddi saatda 50 kilometr müəyyənləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gəncədəki klinika ilə bağlı mübahisə məhkəmə müstəvisinə çıxıb

Next Article

Hörmüz boğazında tankerə hücum edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah 39 dərəcə isti olacaq

Aysel Əlibəyli 23 İyul 2026 · 13:48 1096 baxış İyulun 24-də Azərbaycanda havanın 39 dərəcəyədək isinəcəyi gözlənilir Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 24-də Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Bakıda və […]

Su 25 dərəcəyə çatacaq, bəzi ərazilərə xəbərdarlıq edildi

Aysel Əlibəyli 24 İyun 2026 · 19:10 1120 baxış Abşeron çimərliklərində hava əlverişli olacaq: Dəniz suyu isinir, bəzi sahələrdə çirklənmə aşkarlanıb İyunun 25-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli keçəcəyi, dəniz suyunun temperaturunun isə bəzi ərazilərdə […]

Kasıb ailələrdə uşaqların sayı daha çoxdur

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:54 1064 baxış Dövlət Statistika Komitəsi: Aşağı gəlirli ailələrdə nəfər sayı varlı ailələrə nəzərən daha yüksəkdir Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak xərcləri əsasında aparılan […]