--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil mərhələsi üzrə imtahanına start verilib.

Aysel Əlibəyli 23 May 2026 · 18:40 1201 baxış

Mayın 23-də VI “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanına başlanılıb.

Elpress.az-ın yaydığı məlumata görə, bununla bağlı müsabiqə tərəfindən açıqlama verilib.Qeyd olunub ki, imtahan 2 gün ərzində 4 sessiya şəklində təşkil ediləcək. Analitik təhlil mərhələsi Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, 56, 158, 238 və 263 nömrəli tam orta məktəblərdə, Sumqayıt şəhərindəki 1 nömrəli tam orta məktəbdə, Nərimanov rayonu Məktəb-Lisey Kompleksində, Azərbaycan İdman Akademiyasında, Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasında, həmçinin Naxçıvan şəhərində yerləşən 4 nömrəli məktəbdə yaradılan imtahan mərkəzlərində keçiriləcək.Namizədlər öncədən seçdikləri 10:00 və 15:30 saatlarına uyğun sessiyalarda iştirak edirlər. Xaricdə olan iştirakçılar üçün isə proktorinq üsulu ilə distant formatda 4 sessiyadan ibarət imtahan təşkil olunub.Məlumata əsasən, əyani mərhələnin ilk turu hesab edilən Analitik təhlil imtahanında 7315 nəfər iştirak edəcək.İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla üç blokdan ibarətdir. İştirakçılara tapşırıqları yerinə yetirmək üçün ümumilikdə 3 saat vaxt verilib.Ədalətli rəqabətin qorunması məqsədilə nəticələrin hesablanması bir sıra beynəlxalq imtahanlarda tətbiq olunan T-şkala sistemi əsasında aparılacaq. Bu yanaşma TOEFL, GMAT və SAT kimi beynəlxalq qiymətləndirmə sistemlərində istifadə edilən müasir metodlardan hesab olunur.Analitik təhlil mərhələsinin nəticələrinin imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçıların şəxsi kabinetlərinə göndəriləcəyi bildirilib.Xatırladılıb ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 26 iyul 2019-cu il tarixində imzalanan Sərəncam əsasında təsis edilib. Qaliblər mentor dəstəyi ilə birillik fərdi inkişaf proqramı və 20 min manat məbləğində mükafat əldə edirlər.Həmçinin sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev 10 dekabr 2025-ci ildə müvafiq Sərəncam imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Samuxda quyuya düşmüş şəxs xilas olunub.

Next Article

Mark Rubio bildirib ki, ABŞ ilə İran arasında aparılan diplomatik prosesdə müəyyən irəliləyiş əldə edilib.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Korrupsiya barədə məlumat verənlərə mükafat ödəniləcək

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 15:53 1094 baxış Korrupsiya hallarının aşkarlanmasına kömək edən şəxslərin maddi həvəsləndirilməsi ilə bağlı yeni mexanizmin yaradılması təklif olunur. Belə şəxslərə müəyyən edilmiş qaydalar çərçivəsində mükafat veriləcək və həmin vəsait […]

Anar Əliyev Qusarda vətəndaşlarla görüşüb

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:32 1092 baxış Qusar və Quba sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib Elpress.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qusar rayonunda Qusar və Quba […]

9 oktyabr – Ümumdünya Poçt Günüdür

Aysel Əlibəyli 09 Oktyabr 2026 · 08:59 1088 baxış Hər il oktyabrın 9-u dünyada Ümumdünya Poçt Günü kimi qeyd olunur. Elpress.az xəbər verir ki, bu əlamətdar gün poçt xidmətlərinin insanların və ölkələrin həyatındakı roluna diqqət […]

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində işıq kəsiləcək

Aysel Əlibəyli 10 Avqust 2026 · 16:43 1106 baxış “Azərişıq”dan xəbərdarlıq: Təmir işləri ilə əlaqədar Yasamal və Nərimanovda elektrik enerjisinin verilişində fasilə olacaq Elpress.az xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, avqustun 10-da profilaktik təmir-təftiş […]