--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:25 1076 baxış

Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıda şəhidlərin xatirəsi anılıb

Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın şimal rayonlarında şəhidlərin xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilib.Xaçmazda Şəhidlər xiyabanında təşkil olunan mərasim zamanı məşəl önünə əklil qoyulub, Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət edilib və şəhidlərin xatirə lövhələri önünə qərənfillər düzülüb.Tədbir çərçivəsində şəhid ailələri ilə görüş keçirilib. Çıxışlarda şəhidlərin xalqın yaddaşında daim yaşayacağı vurğulanıb.Qubada rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra rayon ərazisində ağacəkmə aksiyası təşkil olunub. Aksiyada rayon rəhbərliyi ilə yanaşı, müxtəlif qurumların əməkdaşları, şəhid ailələri, qazilər və könüllülər iştirak ediblər.Qusarda da Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin xatirəsi yad edilib. Ardınca ağacəkmə aksiyası keçirilib və şəhid ailələrinə evlərində baş çəkilib.Şabran, Siyəzən və Xızı rayonlarında da Anım Günü ilə bağlı silsilə tədbirlər təşkil olunub.Saat 12:00-da bütün rayonlarda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu zaman nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən siqnal səsləri verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-nin 18 ölkəsi miqrasiyaya qarşı plan razılaşdırıb

Next Article

Litva – Azərbaycan oyununda ilk hissə heç-heçə başa çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah hava 34 dərəcəyədək isinəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 19:44 1122 baxış İyulun 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, havanın temperaturu isə 34 dərəcəyədək yüksələcək. Elpress.az xəbər verir ki, İyulun 6-da Bakıda və […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1078 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]