--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Sabah yağışlı hava gözlənilir

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:43 1050 baxış

Bakıda leysan və güclü külək, rayonlarda isə dolu ehtimalı var

Elpress.az xəbər verir ki, Avqustun 31-də Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacaq. Yağıntının ayrı-ayrı ərazilərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Axşam saatlarında yağışın qısamüddətli və intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi də arabir güclənəcək.Paytaxtda temperaturun gecə 20-23, gündüz isə 24-26 dərəcə isti olacağı proqnozlaşdırılır.Ölkənin rayonlarında da bəzi yerlərdə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə oluna bilər.Rayonlarda temperaturun gecə 18-23, gündüz 25-29 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 11-16, gündüz 19-24 dərəcə isti olacağı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ” braziliyalı yarımmüdafiəçini heyətinə qatıb

Next Article

Zədələnmiş tanker Samsun sahillərində saya oturdu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

57 işçi əvvəlki işinə bərpa edildi

Aysel Əlibəyli 22 İyul 2026 · 12:33 1074 baxış Qanunsuz işdən çıxarılan 57 nəfər əvvəlki iş yerlərinə qaytarılıb Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2026-cı ilin […]

XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yaydı

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 10:21 1054 baxış Azərbaycanın dövlət suverenliyinin tam bərpası regionda yeni siyasi reallığın formalaşmasına və davamlı sülh perspektivlərinin genişlənməsinə şərait yaradıb. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər […]

SON DƏQİQƏ: Azərbaycanda zəlzələ bir neçə rayonda hiss edildi

Aysel Əlibəyli 12 İyun 2026 · 16:42 1153 baxış Azərbaycanda 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. Elpress.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 15:13-də Qəbələ rayonu […]