--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Aysel Əlibəyli 01 İyun 2026 · 15:03 1180 baxış

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən 8-dək həyata keçiriləcək.

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) bu barədə rəsmi məlumat yayıb və qeyd edib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı 2026-cı il iyunun 1-dən 8-dək aparılacaq.Bildirilib ki, ikinci cəhdə qatılmaq istəyən şəxslər öz şəxsi kabinetlərinə istifadəçi adı və parol vasitəsilə daxil olaraq DİM-in müvafiq internet səhifəsində yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçir, daha sonra qeydiyyatı tamamlayır və sistemin göstərdiyi məbləği elektron qaydada ödəyirlər.Qurumun məlumatına əsasən, bəzi kateqoriyalara aid Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirənlər) imtahanda iştirakı dövlət büdcəsi hesabına maliyyələşdirilir. Bu siyahıya Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusuna malik şəxslər, eləcə də I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar daxildir.Bu kateqoriyalara aid məlumatlar DİM tərəfindən müvafiq dövlət informasiya sistemlərindən elektron qaydada əldə olunur və əlavə sənəd təqdim edilməsinə ehtiyac yaranmır.Qeyd olunub ki, yalnız müəyyən edilmiş tarixlərdə qeydiyyatdan keçən abituriyentlər imtahanda iştirak hüququ qazanırlar. Həmçinin ikinci imtahan zamanı birinci cəhddə seçilmiş ixtisas qrupundan fərqli seçim etmək imkanı da verilir.Məlumatda vurğulanır ki, 3 may tarixində keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanından qeyri-məqbul nəticə alan abituriyentlər yay qəbul imtahanına qeydiyyatdan keçə bilirlər. Lakin 21 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında da qeyri-məqbul alan şəxslər müsabiqə mərhələsinə buraxılmayacaqlar.Sonda qeyd edilir ki, qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə 5 iyulda, I və IV ixtisas qrupları üzrə isə 12 iyulda təşkil olunacaq. III ixtisas qrupunda həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da həmin gün – 12 iyulda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rəna Abdullayevanın yaradıcılığında dil problemləri mövzusunda elmi seminar

Next Article

Energetika naziri: Qırğızıstan günəş və külək enerjisinə yatırımları artırır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qızılın qiyməti 4 min dollar həddini keçdi

Aysel Əlibəyli 18 İyul 2026 · 11:13 1098 baxış Əmtəə bazarlarında qızılın qiymətində növbəti artım qeydə alınıb. Elpress.az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1092 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]

Məktəbdə valideynlərdən pul yığılması araşdırılıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 15:30 1104 baxış 259 nömrəli məktəbdə valideynlərdən 30 manat toplanması ilə bağlı iddiaya cavab verilib Elpress.az Oxu.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli […]