--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Metro və dəmir yolu layihələri üçün torpaq alınması qaydaları dəyişdirilir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:46 1086 baxış

Tunel, stansiya, depo və xətlərin tikintisi üçün torpaq sahələrinin dövlət ehtiyacları üzrə alınması təklif olunur

Elpress.az xəbər verir ki, Azərbaycanda metro, dəmir yolu və tramvay infrastrukturu layihələrinin icrası üçün zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif edilir.Təklif Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Bununla yanaşı, Mülki Məcəlləyə də müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.Dəyişikliklərə əsasən, tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, həmçinin stansiya və depoların tikintisi, quraşdırılması, bərpası və genişləndirilməsi üçün tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasına hüquqi əsas yaradılacaq.Qanun layihəsinin əsas məqsədi bu sahədə torpaqların alınması prosedurlarını daha dəqiq tənzimləmək, hüquqi müəyyənliyi və şəffaflığı artırmaqdır.Dəyişikliklərin metro və dəmir yolu infrastrukturu üzrə strateji layihələrin daha sürətli və maneəsiz həyata keçirilməsinə şərait yaradacağı bildirilir.Qeyd edək ki, Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramında yeni stansiya, depo və xətlərin tikintisi, eləcə də mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur.Layihə dövlət ehtiyacları üçün torpaqların alınması zamanı dövlət və vətəndaş maraqlarının qanunvericilik çərçivəsində balanslaşdırılmasını da hədəfləyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

Next Article

FHN sürücülərə müraciət edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 21:57 1078 baxış “Bakı Metropoliteni” QSC-nin fəaliyyət istiqamətlərinə dair yeni qərar qəbul edilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədə əsasən, “Bakı Metropoliteni” QSC […]

Magistral yollarda görünüş məsafəsi azalacaq

Aysel Əlibəyli 11 Oktyabr 2026 · 18:02 1080 baxış Oktyabrın 12-də gecə və səhər saatlarında Azərbaycanın bəzi rayonlarında dumanlı hava şəraiti sürücülər üçün çətinlik yarada bilər. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, […]

Oktyabrın 1-i üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 30 Sentyabr 2026 · 13:30 1070 baxış Bakıda yağış əsasən gözlənilmir, bölgələrdə leysan və dolu ehtimalı var Elpress.az xəbər verir ki, Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən […]