--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1116 baxış

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib.

Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxış edənlər Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatında medianın rolundan və son illər bu sahədə həyata keçirilən islahatlardan danışıblar.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı, jurnalistikanın peşəkarlığının artırılması və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.Tədbirdə Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova və Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rafiq Həşimov da çıxış edərək müasir dövrdə medianın məsuliyyəti, etik jurnalistika prinsipləri və ictimai etimadın qorunmasının vacibliyini vurğulayıblar.

Mərasim çərçivəsində Azərbaycan milli mətbuatının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub, proqram bədii hissə ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yazıçı Rüfət Əhmədzadə vəfat edib

Next Article

“Neftçi” Avropa sınağına başladı – “Dinamo” ilə ilk duel

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 1124 baxış Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb. Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə […]

Bakının 13 yolunda sıxlıq yaranıb

Aysel Əlibəyli 08 Oktyabr 2026 · 08:52 1056 baxış Paytaxtın əsas avtomobil yollarının bir hissəsində hazırda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Elpress.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına əsasən, sıxlıq xüsusilə şəhərin mərkəzinə […]

Xaricdəki azərbaycanlı alimlər Bakıda bir araya gələcək

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 20:18 1062 baxış Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə II Forum dekabrın 9-10-da Bakıda keçiriləcək. Tədbirin əsas hədəfi müxtəlif ölkələrdə çalışan alimlər arasında əlaqələri gücləndirmək və Azərbaycan elmi ilə […]