--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Avtonom avtomobillərin qəzaları üçün yeni qaydalar hazırlana bilər

Aysel Əlibəyli 04 İyun 2026 · 11:39 1208 baxış

Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə əlaqədar gələcəkdə yeni hüquqi mexanizmlərin yaradılması zərurəti yarana bilər.

Elpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında çıxışı zamanı bildirib.Müzakirələr zamanı deputat Tahir Mirkişili avtonom nəqliyyat vasitələrinin qəza törətdiyi hallarda məsuliyyət və cəza mexanizmlərinin necə tənzimlənəcəyinə dair sual ünvanlayıb. O qeyd edib ki, qanun layihəsində bu məsələlər ətraflı əks olunmayıb.Rəhman Hümmətov cavabında bildirib ki, avtonom nəqliyyat vasitələri ilə bağlı etik və hüquqi məsələlər hazırda dünyanın bir çox ölkəsində müzakirə olunur və bu sahədə vahid beynəlxalq standartlar hələ formalaşmayıb.Nazir müavininin sözlərinə görə, qanun qəbul edildikdən sonra məsuliyyət bölgüsü, istehsalçıların və operatorların hüquq və vəzifələri, sınaq rejiminin tətbiqi, icazə mexanizmləri və digər məsələlər üzrə əlavə normativ-hüquqi tənzimləmələr hazırlanacaq.O vurğulayıb ki, gələcəkdə bu istiqamətdə həm Mülki Məcəlləyə, həm Cinayət Məcəlləsinə, həm də digər normativ aktlara dəyişikliklərin edilməsi gündəmə gələ bilər. Rəhman Hümmətov əlavə edib ki, avtonom nəqliyyat vasitələrinin istifadəsi ilkin mərhələdə olduğundan, hüquqi bazanın təkmilləşdirilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Next Article

Keşlədə tikilini alov bürüyüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

WUF13-ün bağlanış və bayraq endirmə mərasimi keçirildi.

Aysel Əlibəyli 22 May 2026 · 17:45 1168 baxış Bakıda keçirilən WUF13 çərçivəsində bağlanış mərasimindən sonra rəsmi bayraq endirmə tədbiri baş tutub. Elpress.az- ın Qafqazinfo- a istinadən məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən mərasim zamanı […]

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Aysel Əlibəyli 01 İyun 2026 · 15:03 1188 baxış I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən 8-dək həyata keçiriləcək. Elpress.az-ın Qafqazinfo.az-a […]

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıla bilər

Aysel Əlibəyli 23 İyul 2026 · 12:59 1146 baxış Bakı Qızlar Universiteti akkreditasiyadan keçməyib Elpress.az xəbər verir ki, Bakı Qızlar Universiteti dövlət akkreditasiyasından keçə bilməyib. İlkin məlumata görə, bu səbəbdən ali təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması […]