--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Məktəbdə valideynlərdən pul yığılması araşdırılıb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 15:30 1102 baxış

259 nömrəli məktəbdə valideynlərdən 30 manat toplanması ilə bağlı iddiaya cavab verilib

Elpress.az Oxu.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli tam orta məktəbdə valideynlərdən pul toplanması ilə bağlı iddia yayılıb

Məlumata görə, məktəbin 3-cü siniflərindən birinin valideyn qrupunda sinif komitəsinin sədri tərəfindən bank kartının göndərildiyi və valideynlərdən 30 manat məbləğində vəsait istənildiyi iddia olunub.

Yayılan məlumatla bağlı məktəbdə araşdırma aparılıb. Araşdırma zamanı valideynlərlə söhbət keçirilib və vəsaitin onların təşəbbüsü ilə toplandığı müəyyənləşdirilib.

Məsələ ilə bağlı sinif rəhbərinə xəbərdarlıq edilib. Valideynlərə bu cür təşəbbüslərin yolverilməz olduğu bildirilib.

Məktəbdaxili intizam qaydalarına riayət olunmasının və bu istiqamətdə nəzarətin gücləndirilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Formula 1-dən sonra paytaxtın mərkəzi küçələrində hərəkət bərpa edildi

Next Article

YAP qurultayına hazırlıq davam edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Aysel Əlibəyli 06 Avqust 2026 · 12:54 1086 baxış Avqustun 7-də Azərbaycanda əsasən sabit və isti hava şəraiti müşahidə olunacaq. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən […]

Səhiyyə və təhsil nazirləri Qarabağ Universitetində

Aysel Əlibəyli 11 İyun 2026 · 17:22 1150 baxış Səhiyyə naziri Teymur Musayev və elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə, eləcə də universitetin klinikasına səfər ediblər. Elpress.az xəbər […]

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin maaşı artırılır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:30 1086 baxış Elpress.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarında artım olacaq.TƏBİB-in İcraçı direktoru Anar Bayramovun sözlərinə görə, əməkhaqqı islahatı çərçivəsində yeni qaydalar […]