--:--:-- | 19 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisinin maaşı artırılır

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 11:30 1082 baxış

Elpress.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarında artım olacaq.
TƏBİB-in İcraçı direktoru Anar Bayramovun sözlərinə görə, əməkhaqqı islahatı çərçivəsində yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək. Dəyişikliklər ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.
Onlardan 36 041 nəfər orta tibb heyətinin, 20 367 nəfər kiçik tibb heyətinin, 8 675 nəfər ambulator tibbi xidmət göstərən həkimlərin payına düşür. Daha 7 129 həkim isə ilkin səhiyyə və təcili tibbi yardım, anesteziologiya-reanimatologiya, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə fəaliyyət göstərir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə ilkin əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artırılacaq.
Yeni əməkhaqqı mexanizmi çərçivəsində artımlar bütün işçilər üçün eyni olmayacaq. Ödənişlərin məbləği vəzifə və ixtisas, iş yükü, fəaliyyət göstəriciləri, həmçinin regionlarda kadr təminatı nəzərə alınmaqla diferensial şəkildə müəyyənləşdiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda “cin çıxarma” vədi ilə 3500 manatlıq dələduzluq edən qadın saxlanılıb

Next Article

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:04 1098 baxış Həftə ərzində 1 840,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində minatəmizləmə əməliyyatları davam […]

Bakıda məktəblərdə dezinfeksiya işləri görülür

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:23 1066 baxış Məktəblərin yeni tədris ilinə hazırlığı çərçivəsində sanitar-gigiyenik tədbirlər həyata keçirilir Elpress.az xəbər verir ki, Bakıda ümumi təhsil müəssisələrinin yeni tədris ilinə hazırlığı davam etdirilir.Hazırlıq çərçivəsində məktəblərdə […]

Diqqət! Sabah Bakının bu ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 14 Sentyabr 2026 · 00:09 1076 baxış Elpress.az xəbər verir ki, sentyabrın 14-də Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Yasamal rayonunda […]

Məktəbli forması ilə bağlı insidentlərə görə şəxslər həbs olunub

Aysel Əlibəyli 14 Oktyabr 2026 · 12:30 1120 baxış Azərbaycanda məktəblilərin geyim qaydaları ətrafında yaranan insidentlərlə əlaqədar bir sıra şəxslər inzibati məsuliyyətə cəlb edilib. Elpress.az xəbər verir ki, hadisələrin əsas hissəsi Abşeron rayonunun Xırdalan şəhərində […]