--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İstirahət zonalarında polis gücləndirilmiş rejimdə xidmət aparır

Aysel Əlibəyli 09 Avqust 2026 · 16:53 1078 baxış

Elpress.az xəbər verir ki, isti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq, həmin ərazilərdə polis əməkdaşlarının fasiləsiz xidməti təşkil edilib.

Paytaxt Bakı ilə yanaşı, respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, həmçinin nəqliyyatın hərəkətinin davamlılığının qorunması məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.

Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçirilməsi istiqamətində gücləndirilmiş rejimdə xidmət aparırlar.

Vətəndaşlardan istirahət zamanı, xüsusilə çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi riayət etmələri, uşaqları nəzarətsiz qoymamaları və ictimai asayişi pozan davranışlardan çəkinmələri xahiş olunur.

Həmçinin hər hansı təhlükəli və ya şübhəli hal müşahidə edən şəxslərə dərhal polisə məlumat vermələri tövsiyə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının Xətai rayonunda güclü yanğın başlayıb

Next Article

Bakının Hövsan qəsəbəsində su təchizatında fasilə yaranıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Güclü külək qatarları gecikdirdi

Aysel Əlibəyli 27 İyul 2026 · 12:16 1082 baxış Abşeronda güclü külək bəzi qatarların hərəkətində qısamüddətli gecikməyə səbəb olub Elpress.az xəbər verir ki, Abşeron yarımadasında müşahidə olunan güclü külək nəticəsində elektrik enerjisinin təchizatında yaranan kəsinti […]

Bu gün Beynəlxalq Pişiklər Günüdür

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:32 1148 baxış 8 Avqust bütün dünyada Ümumdünya Pişik Günü kimi qeyd olunur Elpress.az xəbər verir ki, Beynəlxalq Heyvanlara Qayğı Fondunun (IFAW) təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il […]

Şamaxıda Barbekü Festivalına start verildi

Aysel Əlibəyli 13 İyun 2026 · 23:52 1132 baxış Şamaxının Meysəri kəndində Barbekü Festivalının ilk günü rəngarəng tədbirlər və kulinariya təqdimatları ilə yadda qalıb. Elpress.az xəbər verir ki, iki gün davam edəcək festival yerli və […]

BMU komandası nazirliyin proqramında birinci oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:10 1136 baxış Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komanda Müdafiə Sənayesi Nazirliyinin elmi proqramında ən yüksək nəticəni əldə edib. Elpress.az xəbər verir ki , Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı […]