--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

İmişlidə kompleks mülki müdafiə təlimi keçirilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:16 1092 baxış

Təlimə 196 nəfər və 42 texnika cəlb olunub

Elpress.az xəbər verir ki, İmişli rayonunda irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqanları və qüvvələrinin idarə olunmasına həsr olunan kompleks təlim keçirilib.Təlim Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə FHN-in aidiyyəti qurumlarının, rayonun hüquq-mühafizə orqanlarının, yerli icra hakimiyyətinin, idarə və müəssisələrin nümayəndələri, həmçinin mülki müdafiə xidmətləri və dəstələrinin əməkdaşları iştirak ediblər.Təlimdən əvvəl qərargahda müşavirə keçirilib. Çıxışlarda fövqəladə hallar zamanı qurumlar arasında koordinasiyanın, düzgün idarəetmənin və birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.Kompleks təlimin əsas məqsədi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması, operativ qərarların qəbul edilməsi və xilasetmə işlərinin həyata keçirilməsi üzrə şəxsi heyətin praktiki bacarıqlarının artırılması olub.Təlim çərçivəsində fövqəladə hadisə barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının məlumatlandırılması, qüvvələrin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, xəbərdarlıq siqnalı üzrə fəaliyyət, ərazidə kəşfiyyatın aparılması, məlumatların toplanması və təhlili, qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin icrası məşq etdirilib.Təlim zamanı həmçinin FHN qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin, əməliyyat qərargahının işinin və təhlükəsizlik qaydalarına riayət olunmasının təşkili üzrə praktiki fəaliyyətlər həyata keçirilib.Tədbirə ümumilikdə 196 nəfər şəxsi heyət və 42 ədəd texnika cəlb olunub. Təlim zamanı qarşıya qoyulan tapşırıqlar yerinə yetirilib və aidiyyəti qüvvələrin qarşılıqlı fəaliyyəti təmin olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Filippində məktəbdə silahlı insident baş verib

Next Article

Gəncədəki klinika ilə bağlı mübahisə məhkəmə müstəvisinə çıxıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 1139 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]

FHN-dən çımərliyə gedənlərə xəbərdarlıq

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:47 1072 baxış Küləkli hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi: Çimərliklərdə dənizə girmək həyati təhlükə yaradır Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli […]

MEDİA Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi

Aysel Əlibəyli 22 İyul 2026 · 19:34 1138 baxış Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə təntənəli tədbir keçirilib. Elpress.az xəbər verir ki, Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, […]

Dövlət Agentliyində yeni sədr müavini təyin olunub

Aysel Əlibəyli 28 Avqust 2026 · 19:02 1072 baxış Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətində yeni təyinat həyata keçirilib. Elpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri […]