--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirildi

Aysel Əlibəyli 05 İyul 2026 · 17:36 1132 baxış

Dövlət İmtahan Mərkəzi ölkənin müxtəlif şəhər və rayonlarında II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanını təşkil edib. İmtahanda on minlərlə abituriyent iştirak edib.

Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Quba və digər şəhər və rayonlar daxil olmaqla ümumilikdə 25 bölgədə təşkil olunub.İmtahan prosesinin operativ idarə olunması məqsədilə DİM-də qərargah fəaliyyət göstərib, bütün imtahan binaları ilə daimi əlaqə saxlanılıb və prosesin gedişinə nəzarət edilib. Qurumun məlumatına görə, imtahanlar bütün məntəqələrdə qaydalara uyğun keçirilib və iştirakçılar üçün lazımi şərait yaradılıb.Ümumilikdə 172 imtahan binası və 3074 zal ayrılıb. Prosesə 172 ümumi imtahan rəhbəri, 491 imtahan rəhbəri, 3808 nəzarətçi, 554 buraxılış rejimi əməkdaşı və 172 bina nümayəndəsi cəlb olunub.İmtahanda 41 min 622 abituriyentin iştirakı nəzərdə tutulub. Onların arasında 67 sağlamlıq imkanları məhdud şəxs də yer alıb. Bu iştirakçılar üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyəti olan abituriyentlərə fərdi nəzarətçilər təyin edilib və hərəkət məhdudiyyətli şəxslərin rahatlığı üçün zəruri şərait yaradılıb.İlkin nəticələrə əsasən, 11 nəfərdə mobil telefon aşkar edildiyi üçün onlar imtahandan xaric olunublar. DİM bildirib ki, qayda pozuntusuna yol verən şəxslərin müsabiqə nəticələri ləğv edilir və onlar ixtisas seçiminə buraxılmırlar.Qurum qeyd edib ki, imtahanda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması müəyyən vaxt tələb etdiyindən nəticələrin iki həftə ərzində elan olunması planlaşdırılır. İyulun 6-dan etibarən isə imtahan materiallarının emalına başlanılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xameneinin oğulları uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Next Article

Türkiyə naziri: Yeni dəmir yolu Azərbaycanla əlaqələri gücləndirəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 21:57 1082 baxış “Bakı Metropoliteni” QSC-nin fəaliyyət istiqamətlərinə dair yeni qərar qəbul edilib. Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədə əsasən, “Bakı Metropoliteni” QSC […]

195E ekspres marşrutu fəaliyyətə başlayır

Aysel Əlibəyli 28 İyul 2026 · 14:04 1082 baxış Qaradağın Ələt qəsəbəsini Bayılla birləşdirən yeni ekspres avtobus xətti istifadəyə verilir Elpress.az xəbər verir ki, Sabahdan Bakıda Qaradağın Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə […]

Bakı Zooparkı yenidən təşkil olunur

Aysel Əlibəyli 23 İyul 2026 · 13:02 1124 baxış Bakı Zooparkı Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşdiriləcək Elpress.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək yeni […]

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:07 1084 baxış Şirvanda fövqəladə hallar zamanı əhalinin təxliyəsi və təhlükəsizliyi müzakirə olunub Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətində […]