--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Hövsan yolundakı sıxlığın səbəbi açıqlanıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:07 1078 baxış

NİİM sürücüləri əks zolağa çıxmamağa və yolayrıcında qaydalara əməl etməyə çağırıb

Elpress.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Suraxanı rayonunun Hövsan (MİDA) yolunda ötən gün yaranan nəqliyyat sıxlığı ilə bağlı açıqlama verib.Mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, müşahidə kameralarının görüntülərinə əsasən, bəzi sürücülər alternativ yol kimi istifadə etdikləri həmin ərazidə əks istiqamətdə hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olublar.Onun sözlərinə görə, yolayrıcında bəzi sürücülərin hərəkət qaydalarını pozması da süni sıxlığın yaranmasına səbəb olub. Nəticədə Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi və “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkətində ciddi çətinlik yaranıb.Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra ərazidə yaranan xaotik vəziyyət aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.NİİM sürücülərə yol hərəkəti qaydalarına riayət etməklə yanaşı, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmağı tövsiyə edib. Bildirilib ki, yollarda təmir işləri, hərəkət məhdudiyyətləri və ya yol-nəqliyyat hadisələri səbəbindən sıxlıqların yaranması mümkündür.Qeyd olunub ki, bəzi sürücülərin sıxlıq zamanı əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəliləməsi tıxacların daha uzun müddət davam etməsinə səbəb olur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN Lənkəranda texniki təhlükəsizliklə bağlı seminar keçirib

Next Article

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Aysel Əlibəyli 11 İyun 2026 · 17:27 1138 baxış Milli Hidrometeorologiya Xidməti ölkənin bir sıra ərazilərində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb. Elpress.az xəbər verir ki, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, […]

Nəsimi rayonunda müvəqqəti qaz məhdudiyyəti

Aysel Əlibəyli 10 İyun 2026 · 16:35 1136 baxış Sabah Bakının Nəsimi rayonunda yerləşən bir sıra küçələrdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Elpress.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.Bildirilib ki, təmir-quraşdırma […]

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 1098 baxış Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm […]

Azərbaycan mediası Qırğızıstana yollandı

Aysel Əlibəyli 31 Avqust 2026 · 11:11 1086 baxış Azərbaycan media nümayəndələri Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfərini işıqlandırmaq üçün bu ölkəyə səfər ediblər. Elpress.az xəbər verir ki, səfər çərçivəsində media nümayəndələri Prezident İlham […]