--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Formula 1-dən sonra paytaxtın mərkəzi küçələrində hərəkət bərpa edildi

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 14:58 1062 baxış

Elpress.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtın mərkəzi hissəsində tətbiq olunan yol məhdudiyyətləri aradan qaldırılıb.

Yarış proqramının başa çatmasının ardından Bakı Şəhər Halqasının ərazisində quraşdırılmış müvəqqəti konstruksiyaların sökülməsinə başlanılıb və mərkəzi küçələr mərhələli şəkildə nəqliyyatın istifadəsinə qaytarılıb.Bəzi küçələrdə tətbiq edilən məhdudiyyətlər bu gün saat 00:00-dan etibarən başa çatıb. Saat 12:30-dan sonra isə Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Zərifə Əliyeva və Puşkin küçələrinin kəsişməsinədək olan hissə istisna olmaqla, digər yollarda nəqliyyatın hərəkəti tam bərpa olunub.Qran-Pri günlərində paytaxtın mərkəzində nəqliyyatın hərəkətini asanlaşdırmaq məqsədilə bir sıra istiqamətlərdə tranzit dəhlizlər fəaliyyət göstərib.2026-cı ildə isə nəqliyyat imkanlarının genişləndirilməsi üçün yeni tranzit istiqaməti yaradılıb. Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində əlavə keçid təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Anım Günü Şuşada şəhidlərin xatirəsinə ehtiramla qeyd olunub

Next Article

Məktəbdə valideynlərdən pul yığılması araşdırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda 10 gün iş olmayacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:50 1090 baxış Avqust ayında iş və istirahət günlərinin sayı açıqlanıb Elpress.az xəbər verir ki, Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü olmadığından qeyri-iş günləri yalnız həftəsonlarına […]

“Bud-çanaq protezlərində yeni texnoloji mərhələ”

Aysel Əlibəyli 21 May 2026 · 22:59 1124 baxış Yeni texnologiyalar və süni intellekt dəstəyi ilə hazırlanan materiallar bud-çanaq protezləri sahəsində mühüm dönüş yaradaraq daha dayanıqlı, güclü və effektiv tibbi həllər vəd edir. Elpress.az-ın məlumatına […]

Şimal rayonlarında Anım Günü tədbirləri keçirilib

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 18:25 1072 baxış Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızıda şəhidlərin xatirəsi anılıb Elpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycanın şimal rayonlarında şəhidlərin xatirəsinə […]