--:--:-- | 23 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

FHN-də “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:06 1102 baxış

Tədbirdə təhlükəsizlik mədəniyyətinin və fövqəladə hallarla bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi və Nazirliyin yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilən “Sülh Aylığı” çərçivəsində təşkil olunub.Görüşdə FHN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İradə Kərimova, Hüquq şöbəsinin Hüquqi təhlil və təminat sektorunun müdiri Elnar Məmmədov, FHN yanında İctimai Şuranın sədri Fuad Hacızadə və şura üzvləri iştirak ediblər.Çıxışlarda 21 avqust–21 sentyabr tarixlərinin “Sülh Aylığı” elan edildiyi xatırladılıb. Kampaniya çərçivəsində sülh və təhlükəsizlik mədəniyyətinin, qarşılıqlı hörmət və həmrəyliyin təşviqinin əhəmiyyəti vurğulanıb.Bildirilib ki, sülh yalnız müharibə və qarşıdurmanın olmaması ilə məhdudlaşmır. İnsanların təhlükəsiz və ləyaqətli həyat sürməsi, cəmiyyətdə sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsi də sülhün əsas şərtləri sırasında yer alır.Tədbirdə FHN-in insanların həyat və sağlamlığının qorunması, təhlükəsizliyin təmin edilməsi və fövqəladə halların qarşısının alınması istiqamətində fəaliyyəti də diqqətə çatdırılıb.Həmçinin fövqəladə hallar zamanı düzgün davranış qaydaları ilə bağlı maarifləndirmənin əhəmiyyəti müzakirə olunub. Əhalinin təhlükəsizlik məsələləri barədə mütəmadi və düzgün məlumatlandırılması, cəmiyyətdə təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Next Article

FIFA U-15 Dünya Çempionatı ilə bağlı viza qaydaları sadələşdirildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1076 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]

Abşeron çimərliklərində sabah hava necə olacaq?

Aysel Əlibəyli 30 İyul 2026 · 16:49 1082 baxış Sabah çimərliklərdə külək güclənəcək, dəniz suyu 27 dərəcəyədək isinəcək Elpress.az xəbər verir ki, Sabah Abşeron yarımadasının çimərliklərində hava şəraitinin əsasən küləkli keçəcəyi gözlənilir.Gün ərzində şimal-qərb küləyinin […]

Yeni dəmiryol xətti çəkiləcək

Aysel Əlibəyli 24 İyul 2026 · 11:37 1100 baxış Zabrat–Maştağa–Bağlar dəmir yolu xətti yenidən istifadəyə veriləcək Elpress.az xəbər verir ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq Bakı və ətraf qəsəbələrdə dəmir yolu infrastrukturunun […]