--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Bakının və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq

Aysel Əlibəyli 16 İyul 2026 · 00:42 1032 baxış

Təmir işləri ilə əlaqədar Bakı və Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Elpress.az xəbər verir ki , “Azərişıq” ASC paytaxtın müxtəlif ərazilərində və Lənkəran rayonunda aparılacaq planlı təmir və təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələrin yaranacağını açıqlayıb.Məlumata görə, gecə saat 02:00-dan 04:00-dək Bakının Buzovna qəsəbəsində yerləşən Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində, eləcə də “Qoşa Qala” restoranının arxa hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.Bundan başqa, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbüdrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək, Zabrat qəsəbəsində isə Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.Bölgələrdə isə Lənkəran rayonunun Kosalar, Hirkan, Siyavar, Vel, Daştalığcar, Parakənd, Mamusta, Bala Şükür və Gərmətük kəndlərində aparılacaq təmir və sazlama işləri səbəbindən saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.“Azərişıq” ASC bildirib ki, yenidənqurma və təmir-bərpa işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İstanbulda keçirilən forumda Azərbaycandan geniş nümayəndə heyəti

Next Article

Bakıda ÜPİ-nin 95-ci iclası keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəzər dənizində 3,4 Ballıq Zəlzələ Qeydə Alınıb

Elşən 25 May 2026 · 09:33 1124 baxış Xəzər dənizi ərazisində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb. Hadisə ilə bağlı məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb. Qurumun Zəlzələlərin Tədqiqatı Bürosunun açıqlamasına əsasən, yeraltı təkanlar yerli vaxtla […]

ABŞ rəsmisi Şəhidlər xiyabanını ziyarət edib

Aysel Əlibəyli 02 İyun 2026 · 17:13 1120 baxış Bakıda səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Şəhidlər xiyabanında olub. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bununla bağlı açıqlama ABŞ-nin Azərbaycandakı səfirliyinin sosial şəbəkə […]

Qobustanda yeni avtomobil körpüləri tikiləcək

Aysel Əlibəyli 29 İyul 2026 · 11:08 1038 baxış Qobustan qəsəbəsində köhnə avtomobil körpüləri sökülərək yerində müasir standartlara uyğun yeni körpülər inşa ediləcək. Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, […]

Azərbaycanda hava 39 dərəcəyədək qızacaq

Aysel Əlibəyli 01 Avqust 2026 · 14:17 1020 baxış Sabah ölkənin bəzi bölgələrində temperatur 39°-yə yüksələcək Elpress.az xəbər verir ki, Sabah Azərbaycanda əsasən isti və yağmursuz hava şəraiti hökm sürəcək.Bakıda və Abşeron yarımadasında havanın açıq […]