--:--:-- | 05 Noyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Ekspert açıqladı: bəzi ixtisaslarda keçid balları arta, bəzilərində isə enə bilər

Aysel Əlibəyli 19 İyun 2026 · 11:20 1138 baxış

Ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra abituriyentləri maraqlandıran əsas suallardan biri də hansı ixtisaslarda keçid ballarının yüksələcəyi, hansılarda isə aşağı düşəcəyi ilə bağlıdır.

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Artıq 2-ci və 3-cü qruplar üzrə keçirilən imtahanların nəticələri elan olunub. İmtahanda iştirakını təsdiqləyən ərizəsini təsdiq etmiş 56 847 abituriyentdən 2429 nəfərin imtahanda iştirak etmədiyi bildirilib. Bununla da ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak mərhələsi yekunlaşıb.Təhsil eksperti Elçin Əfəndi bildirib ki, nəticələrdən görünür ki, bir çox abituriyent gözlədiyi göstəricini əldə edə bilməyib. Onun sözlərinə görə, 200-400 bal aralığında olan ixtisaslarda rəqabətin daha yüksək olacağı gözlənilir, 500 baldan yuxarı ixtisaslarda isə keçid ballarında müəyyən enmə müşahidə oluna bilər.Ekspert qeyd edib ki, 2-ci qrup üzrə maliyyə, iqtisadiyyat və tədrisi ingilis dilində olan bəzi ixtisaslarda bal artımı ehtimal olunur. Bununla yanaşı, marketinq, turizm və statistika ixtisaslarında keçid ballarının aşağı düşməsi mümkündür.3-cü qrup üzrə isə politologiya, xarici dil, hüquqşünaslıq və müəllimlik ixtisaslarında balların yüksələ biləcəyi proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanda koronavirusa yoluxma qeydə alınıb

Next Article

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xaricdə gizlənən axtarışdakı şəxslər saxlanıldı

Elşən 29 Aprel 2026 · 11:04 1184 baxış Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləşdikləri ölkələr müəyyən edilib. Bildirilib ki, dələduzluq ittihamı ilə axtarılan şəxslərdən Binəqədi RPİ tərəfindən […]

Bakıda 9 marşrut alternativ yola yönləndirildi

Aysel Əlibəyli 14 Avqust 2026 · 18:49 1152 baxış Bakının Mərdəkan qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 9 müntəzəm avtobus marşrutunun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. Elpress.az xəbər verir ki, Sergey Yesenin küçəsində aparılan təmir […]

Zabrat–Maştağa yolunda hərəkət məhdudlaşdırılıb

Aysel Əlibəyli 17 Oktyabr 2026 · 19:15 1100 baxış Bakının Sabunçu rayonunda təmir işləri səbəbindən Zabrat–Maştağa avtomobil yolunun bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Elpress.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, […]

Bakıda bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:01 1084 baxış Təmir işləri səbəbindən avqustun 14-dən paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının bir neçə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə […]