--:--:-- | 24 Sentyabr 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycanda meteor yağışı müşahidə edildi

Aysel Əlibəyli 13 Avqust 2026 · 12:49 1062 baxış

Azərbaycanda səma hadisəsi müşahidə olunub. Ötən gün ölkə ərazisinin müxtəlif bölgələrində meteor yağışı izlənilib.

Elpress.az xəbər verir ki, gecə səmasında bir-birinin ardınca parlaq meteorların hərəkəti müşahidə olunub. Hadisə xüsusilə səmanı izləyən və görüntülər çəkən şəxslərin diqqətini cəlb edib.

Müşahidə olunan meteor yağışının Perseid meteor yağışı olduğu bildirilir. Perseidlər yüksək intensivliyi, sürətli hərəkət edən və parlaq meteorları ilə seçilir. Meteorların bir çoxu atmosferə daxil olarkən səmada uzun və parlaq işıq izləri yaradır.

Perseid meteor yağışının radiantı, yəni meteorların səmada gəldiyi istiqamət Persey bürcü ərazisində yerləşdiyi üçün bu hadisə “Perseidlər” adlandırılır.

Qeyd edək ki, meteor yağışları xüsusi avadanlıq olmadan, açıq və işıq çirklənməsinin az olduğu ərazilərdə daha aydın müşahidə edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Günəş tutulması İspaniyanı qaranlığa bürüdü

Next Article

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pensiya və müavinətlərin ödəniş tarixləri açıqlandı

Aysel Əlibəyli 06 Avqust 2026 · 13:07 1064 baxış Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya və müavinətlərin ödəniləcəyi tarixlər məlum olub. Elpress.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına əsasən, Bakı, […]

Məhərrəm ayı başladı: Aşura gününün tarixi məlum oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 00:15 1114 baxış Bu gündən etibarən Azərbaycanda Hicri təqvimin ilk ayı olan Məhərrəm ayı başlayıb. Elpress.az xəbər verir ki, Məhərrəm ayının ilk günü Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə […]