--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri birgə təlimdə – bacarıqlar nümayiş etdirildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 08:59 1078 baxış

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində müxtəlif taktiki tapşırıqlar icra olunub.

Elpress.az xəbər verir ki, təlim çərçivəsində üç ölkənin hərbi qulluqçuları birlikdə fəaliyyət göstərərək qarşılıqlı uzlaşma və koordinasiya bacarıqlarını təkmilləşdiriblər.

Təlim iştirakçıların praktiki vərdişlərinin inkişaf etdirilməsi, peşəkar hazırlığının artırılması və birgə fəaliyyət zamanı əldə olunan təcrübənin bölüşdürülməsi baxımından əhəmiyyət daşıyır.

“Birliyin Gücü – 2026” təliminin əsas mərhələləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılqaya Təlim Mərkəzində, Naxçıvanda və Xəzər dənizinin Azərbaycan ərazisinə aid akvatoriyasında təşkil olunub. Təlimə şəxsi heyətlə yanaşı, döyüş texnikası, aviasiya və dəniz vasitələri, eləcə də pilotsuz uçuş aparatları cəlb edilib.

Oktyabrın 1-də Xocavənddə təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü” də keçirilib. Tədbirdə iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Təlimin keçirilməsi Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçularının birgə fəaliyyət imkanlarının artırılması və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu gün Beynəlxalq Qeyri-zorakılıq Günüdür

Next Article

YAP-ın VIII Qurultayı keçirilir – İlham Əliyev çıxış edir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kənd təsərrüfatı naziri Lerikdə vətəndaşları qəbul etdi

Aysel Əlibəyli 03 İyul 2026 · 17:13 1116 baxış Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə keçirilən qəbul zamanı bir neçə rayonun sakinlərinin müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verib. Azərbaycan Prezidenti İlham Əliyevin […]

Avqustun 5-nə olan hava proqnozu

Aysel Əlibəyli 04 Avqust 2026 · 14:34 1082 baxış Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edir: Avqustun 5-də ölkə ərazisində hava necə olacaq? Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 5-də Bakıda və Abşeron […]

Vəkillər Kollegiyasında mühüm qərarlar qəbul edildi

Aysel Əlibəyli 06 İyun 2026 · 11:59 1174 baxış İyunun 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, iclasda Kollegiyanın sədri Anar Bağırov qurumun cari fəaliyyəti və qarşıda duran […]