--:--:-- | 10 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Venesuelada möcüzə: zəlzələ dağıntıları altından 33 nəfər sağ çıxarıldı

Aysel Əlibəyli 28 İyun 2026 · 23:11 1108 baxış

Elpress.az xəbər verir ki, Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edir.

Son məlumata görə, xilasedicilər dağıntılar altından 33 nəfəri sağ çıxarmağa müvəffəq olublar.Bu barədə Delsi Rodriges məlumat verib. O bildirib ki, hazırda insanların həyatının xilas edilməsi baxımından ən kritik saatlar yaşanır və bütün qüvvələr sağ qalanların tapılmasına səfərbər olunub.”Bu günə qədər 33 nəfəri sağ xilas edə bilmişik. Hazırda hər bir dəqiqə böyük əhəmiyyət daşıyır və biz dağıntılar altında qalan insanların tapılması üçün dua edirik”, – deyə o vurğulayıb.Delsi Rodriges həmçinin beynəlxalq xilasetmə qruplarına və Venesuelaya göndərilən xüsusi təlim keçmiş axtarış itlərinə təşəkkürünü ifadə edib. Onun sözlərinə görə, xaricdən gələn hər bir yardım ölkə üçün yeni ümid deməkdir.Qeyd edək ki, Venesuelada baş verən güclü zəlzələ geniş dağıntılara səbəb olub. Bir sıra yaşayış məntəqələri ciddi zərər görüb, ölən və yaralananların sayının artacağından ehtiyat edilir. Axtarış-xilasetmə əməliyyatları isə fasiləsiz şəkildə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Next Article

Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı Bakıda baş tutacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda sərt xətt ABŞ ilə razılaşmanı pozmağa cəhd edir

Aysel Əlibəyli 30 May 2026 · 17:36 1186 baxış İranda siyasi mübarizə davam edir, sərt xətt tərəfdarlarının kiçik, lakin səs-küylü bir qrupunun danışıqları pozmaq məqsədilə mitinqlərdən, dövlət mediasından, həmçinin müxtəlif özəl və ictimai bəyanatlardan fəal […]

Ermənistanın yeni Konstitusiya layihəsi müzakirəyə çıxarılacaq

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:48 1074 baxış Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi davam edir. Elpress.az xəbər verir ki, 2026-2031-ci illər üzrə hökumət proqramının layihəsində yeni Konstitusiya layihəsinin yekunlaşdırılaraq ictimai və peşəkar müzakirəyə təqdim […]

Yaponiyada dənizin dibində rekord qızıl ehtiyatı aşkarlandı

Aysel Əlibəyli 13 İyul 2026 · 11:02 1072 baxış Yaponiya sahillərində yerləşən sualtı vulkanik kraterdə indiyədək qeydə alınmış ən yüksək qızıl konsentrasiyası müəyyən edilib. Elpress.az xəbər verir ki, “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya əsasən, […]

Kadırov NATO ölkələrini hədələdi

Aysel Əlibəyli 18 İyul 2026 · 15:52 1144 baxış Kadırov NATO ölkələrinə qarşı sərt çağırış etdi Elpress.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya silah və kəşfiyyat dəstəyi göstərən NATO ölkələrinə qarşı sərt bəyanatla […]