--:--:-- | 26 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Ukraynanın hücumlarında 5 nəfər ölüb

Aysel Əlibəyli 29 İyul 2026 · 10:59 1090 baxış

Ukraynanın Rusiyanın bir neçə vilayətinə endirdiyi zərbələr nəticəsində 5 nəfər həlak olub, 54 nəfər yaralanıb.

Elpress.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod, Ryazan və Rostov vilayətlərinə həyata keçirdiyi hücumlar nəticəsində azı 5 nəfər həyatını itirib, 54 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayevin sözlərinə görə, son sutka ərzində Belqorod, Valuyki və Şebekino rayonlarına edilən hücumlar zamanı 4 mülki şəxs həlak olub, 46 nəfər yaralanıb.Rostov vilayətinin Taqanroq şəhərində raket qalıqlarının yaşayış binasına düşməsi nəticəsində bir qadın ölüb, iki nəfər xəsarət alıb. Ryazan vilayətində isə pilotsuz uçuş aparatlarının kütləvi hücumundan sonra 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İordaniya İranın beş raketini zərərsizləşdirib

Next Article

Qobustanda yeni avtomobil körpüləri tikiləcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;