--:--:-- | 28 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İordaniya İranın beş raketini zərərsizləşdirib

Aysel Əlibəyli 29 İyul 2026 · 10:54 1116 baxış

İordaniya Silahlı Qüvvələri İran tərəfindən buraxılan beş ballistik raketin hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edildiyini açıqlayıb.

Elpress.az xəbər verir ki, İordaniya Silahlı Qüvvələri İranın ölkə ərazisinə doğru buraxdığı növbəti raket hücumunun qarşısının alındığını bildirib. Məlumata görə, hava hücumundan müdafiə sistemləri çərşənbə günü səhər saatlarında İran tərəfindən buraxılan beş ballistik raketi havada zərərsizləşdirib.

Silahlı Qüvvələrin Baş Komandanlığının nümayəndəsi əməliyyatın təsdiq edilmiş döyüş qaydalarına uyğun həyata keçirildiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-ın hərbi hava bazasına və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda təhlükəli liftin istismarı dayandırılıb

Next Article

Ukraynanın hücumlarında 5 nəfər ölüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Türkiyə Yaponiya ilə müdafiə əməkdaşlığını genişləndirmək istəyir.

Aysel Əlibəyli 30 May 2026 · 17:04 1202 baxış Türkiyə və Yaponiya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei Asia” nəşrinə […]

SEPAH: İran yeni silahlardan istifadə edə bilər

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:34 1092 baxış Hüseyn Mohebbi ölkənin yeni silahlar hazırladığını və mövcud arsenalını təkmilləşdirdiyini bildirib Elpress.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mohebbi münaqişənin xarakterinin […]

Trampın xalqa müraciət edəcəyi vaxt açıqlanıb

Aysel Əlibəyli 14 İyul 2026 · 00:10 1094 baxış ABŞ Prezidenti Donald Tramp iyulun 16-da xalqa müraciət edəcək. Elpress.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Truth Social” hesabında paylaşım edib. Məlumata görə, Trampın […]