--:--:-- | 20 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Ukrayna ICAO-ya Rusiya üzərində uçuşların dayandırılmasını təklif edib

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 16:50 1072 baxış

Kiyev Rusiyanın hava məkanında mülki aviasiya üçün risklərin artdığını bildirib

Elpress.az xəbər verir ki, Ukrayna Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edərək Rusiya hava məkanında mülki aviasiya üçün təhlükələrin artdığını bildirib və bu marşrutlar üzrə uçuşlara yenidən baxılmasına çağırıb.

Kiyevin göndərdiyi məktubda vurğulanıb ki, ölkə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir və Rusiyanın davam edən hava hücumlarına cavab tədbirləri görmək məcburiyyətindədir. Ukrayna tərəfi ICAO-dan Rusiya ərazisi üzərində həyata keçirilən mülki reyslərin təhlükəsizliyini qiymətləndirərkən artan riskləri nəzərə almağı istəyib. Müraciətdə bildirilib ki, pilotsuz uçuş aparatlarının fəallığının artması bəzi marşrutlar üçün əlavə təhlükələr yaradır. Bundan əvvəl Prezident Volodimir Zelenski də aviaşirkətlərə və sığorta şirkətlərinə müraciət edərək Rusiya hava məkanının getdikcə daha təhlükəli hala gəldiyini bildirmiş və ölkənin hava məkanının faktiki olaraq bağlanacağını bəyan etmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

5 marşrut “brutto müqavilə” sisteminə keçib

Next Article

DOST Mərkəzi və filiallarında 360-dək benefisiar təlim alır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Pezeşkian: Parlamentin müdafiə nazirinə etimadı dünyaya mesajdır

Aysel Əlibəyli 19 Oktyabr 2026 · 10:43 1028 baxış İran Prezidenti Məsud Pezeşkian parlamentin Mehrdad Əxlagi Kitabçinin müdafiə və silahlı qüvvələrə dəstək naziri vəzifəsinə təyin olunmasını təsdiqləməsini ölkə üçün mühüm siyasi dəstək kimi qiymətləndirib. Elpress.az […]

İranın bəzi bölgələrində ardıcıl partlayış səsləri eşidildi

Aysel Əlibəyli 12 İyul 2026 · 20:47 1148 baxış İranın cənubunda yerləşən Bəndər-Abbas vilayəti və Qəşm adası ətrafında bir neçə partlayış səsinin eşidildiyi bildirilir. Elpress.az xəbər verir ki, İranın Bəndər-Abbas vilayətinin şərq hissəsində, eləcə də […]

Paşinyandan Rusiya ilə dəmir yolu müqaviləsi açıqlaması

Aysel Əlibəyli 02 İyul 2026 · 18:15 1198 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə dəmir yollarının idarə olunmasına dair imzalanmış müqaviləni birtərəfli qaydada ləğv etməyəcəyini bildirib. Elpress.az xəbər verir ki, Ermənistanın Baş […]