Azərbaycanda səhiyyə sisteminin idarəetmə strukturunda dəyişiklik edilib. TƏBİB bundan sonra Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sənədə əsasən, TƏBİB-in nizamnamə fondu qurumun öz əmlakı hesabına formalaşdırılacaq. Publik hüquqi şəxsin dövlət qeydiyyatına alındığı günədək onun fəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur.
Keçid dövründə TƏBİB-in Müşahidə Şurasının səlahiyyətlərini Səhiyyə Nazirliyinin yaratdığı komissiya həyata keçirəcək.
Qurumun cari fəaliyyətinə isə nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək.


