--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Türk dövlətləri arasında TÜRKPOL yaradılması təklif edildi

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:23 1076 baxış

Elpress.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında təhlükəsizlik və hüquq-mühafizə sahəsində əməkdaşlığın yeni mərhələyə keçirilməsi təklif olunub.

Təklif Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi tərəfindən Qazaxıstanın paytaxtı Astanada keçirilən TDT Daxili İşlər Nazirlərinin 3-cü toplantısından sonra səsləndirilib.Nazirin sözlərinə görə, Türk dövlətləri arasında sərhədlərarası cinayətkarlıq, terror, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, yeni nəsil cinayət təşkilatları, qanunsuz mərc və qumarla mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.Çiftçi bildirib ki, TDT çərçivəsində yaradılması təklif edilən Cinayətkarlıqla Mübarizə Şurasının daha geniş mexanizmə çevrilməsi nəzərdə tutulur.O, Türk dövlətləri arasında İnterpol və Avropol kimi fəaliyyət göstərə biləcək **“TÜRKPOL – Türk Dövlətləri Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyi”**nin yaradılmasını təklif etdiyini açıqlayıb.Məlumata görə, təklif Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri tərəfindən müsbət qarşılanıb. Yeni qurumun yaradılması ilə sərhədlərarası cinayətlərlə mübarizədə məlumat və təcrübə mübadiləsinin, eləcə də hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsi hədəflənir.

Hazırda TÜRKPOL-un yaradılması təklif mərhələsindədir və bununla bağlı müvafiq mexanizmlərin formalaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Next Article

Qarayazı qoruğunun sanitariya-mühafizə zonası təsdiqlənib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Elşən 20 May 2026 · 07:38 1158 baxış ABŞ ordusunun Avropadakı döyüş briqada qruplarının sayını azaltmaq qərarı qəbul edib. Elpress.az-ın məlumatına əsasən, bu barədə Pentagon sözçüsü Sean Parnell açıqlama verib. Parnell bildirib ki, qərar ABŞ […]

ABŞ-da təyyarə radarlardan itdi

Aysel Əlibəyli 03 Oktyabr 2026 · 21:12 1076 baxış ABŞ-da göyərtəsində altı nəfərin olduğu “Gulfstream” təyyarəsi ilə əlaqə kəsilib. Hazırda hava gəmisinin tapılması üçün axtarış tədbirləri həyata keçirilir. Elpress.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi […]