--:--:-- | 16 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İran və Rusiya XİN rəhbərləri mühüm məsələləri müzakirə etdi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:42 1164 baxış

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı tərəflər İslamabad memorandumunun detalları, onun icrası ilə bağlı məsələlər, eləcə də regional və ikitərəfli əlaqələrin gündəmində olan mövzular ətrafında fikir mübadiləsi aparıblar.Abbas Əraqçi söhbət zamanı memorandumun əsas müddəaları barədə Sergey Lavrova məlumat verib. İranlı nazir sənəddə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsində ABŞ-ın məsuliyyət daşıdığını vurğulayıb. O, həmçinin Livana qarşı hücumların tam şəkildə dayandırılmasının və bölgədə gərginliyin azaldılmasının vacibliyini qeyd edib.Sergey Lavrov isə memorandum mətninin yekunlaşdırılmasını müsbət qiymətləndirərək, Rusiyanın sənədin müddəalarının həyata keçirilməsini dəstəklədiyini bildirib. Rusiya XİN rəhbəri razılaşmanın regional sabitliyə töhfə verəcəyinə ümid etdiyini ifadə edib.Danışıqlar zamanı tərəflər beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının memorandumun icrasına dəstək göstərməsinin əhəmiyyətini də vurğulayıblar. Həmçinin region ölkələri arasında dialoqun, diplomatik əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Böyükşorda ağır qəza

Next Article

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ İnstitutu: Rusiya Slavyansk istiqamətində hücuma hazırlaşır

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:05 1028 baxış ISW Rusiya qüvvələrinin Liman bölgəsində canlı qüvvə və texnika topladığını, Ukrayna ordusunun isə bir neçə istiqamətdə əks-hücuma keçdiyini bildirir Elpress.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları […]

Zaporojyeyə zərbə: ölən və yaralananlar var

Aysel Əlibəyli 20 İyun 2026 · 20:10 1100 baxış Zaporojyeyə endirilən idarəolunan bomba zərbələri nəticəsində ölən və yaralananlar qeydə alınıb. Rusiya tərəfindən Zaporojye bölgəsinə doqquz idarəolunan bomba zərbəsi endirilib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, […]

Aİ-dən İspaniyaya müdafiə “yaşıl işıq”

Aysel Əlibəyli 12 İyun 2026 · 19:07 1100 baxış Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə xərclərini artırmasına şərait yaradan xüsusi büdcə mexanizminin tətbiqini rəsmən təsdiqləyib. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə […]

Livanda ölənlərin sayı 4303-ə yüksəldi

Aysel Əlibəyli 04 İyul 2026 · 23:07 1092 baxış İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi intensiv hava hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir. Elpress.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, martın […]