Hücumun Çevik Dəstək Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilir
Elpress.az xəbər verir ki, Sudanın Əl-Cəzirə əyalətində yerləşən Umm-Aleyla neft məhsulları anbarına pilotsuz uçuş aparatları ilə hücum edilib.Məlumata görə, hücum Vad-Mədani şəhərindən təxminən 20 kilometr məsafədə yerləşən obyektə həyata keçirilib.Hücumun Sudanda hökumət qüvvələri ilə döyüşən Çevik Dəstək Qüvvələrinə (ÇDQ) məxsus dronlar tərəfindən təşkil edildiyi bildirilir.Hadisənin nəticələri və anbara dəyən ziyanın həcmi barədə əlavə məlumat verilməyib.


