--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Rusiya Ermənistana qazı kəsə bilər

Aysel Əlibəyli 24 Sentyabr 2026 · 12:19 1132 baxış

Moskva İrəvana qaz tədarükünün dayandırılması ilə bağlı şərtlər irəli sürüb

Elpress.az xəbər verir ki, Rusiya noyabrın 1-dən Ermənistana təbii qaz tədarükünü tam dayandıra bilər.Məlumata görə, Moskva qazın verilişinin davam etdirilməsi üçün İrəvan qarşısında bir sıra şərtlər qoyub.Şərtlər arasında Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası ilə bağlı məsələnin gündəmdən çıxarılması da yer alır.Bundan başqa, Rusiyanın iştirakı olan şirkətlərə, o cümlədən dəmir yolu və “Qazprom”a qarşı müəyyən tədbirlərin dayandırılması tələb olunur.Məlumata əsasən, Moskva Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində atdığı addımların da dayandırılmasını istəyir. Bunun üçün ya Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanunun ləğvi, ya da məsələ ilə bağlı referendum tarixinin müəyyənləşdirilməsi variantlarının irəli sürüldüyü bildirilir.Tələblər sırasında Rusiyanın mövqeyinə yaxın hesab edilən erməni siyasətçilərə qarşı təqiblərin dayandırılması və Ermənistan hökumətində Moskva üçün məqbul sayılan baş nazir müavininin təyin edilməsi də göstərilir.Məsələ ilə bağlı Ermənistan hökumət dairələrindən əlavə məlumat almaq cəhdlərinin nəticəsiz qaldığı, ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin sorğuya cavab vermədiyi qeyd olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda IV Təhlükəsizlik Forumu keçirildi – 100-dən çox ölkədən nümayəndələr iştirak edib

Next Article

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İranla bağlı görüşlər keçirəcək

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 05:56 1072 baxış ABŞ Prezidenti İran ətrafındakı vəziyyətlə bağlı danışıqlar aparacağını bildirib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İran ətrafındakı vəziyyətlə bağlı bir neçə görüş keçirməyi planlaşdırdığını […]

Ukrayna Rusiyanın Yeysk limanına dronlarla zərbə endirib

Aysel Əlibəyli 22 Avqust 2026 · 11:48 1050 baxış Hücum nəticəsində limanda yanğın baş verib, gəmilərdən birinin zədələndiyi bildirilir Elpress.az xəbər verir ki, Ukrayna ötən gecə Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk limanına pilotsuz uçuş aparatları […]

Çində zəlzələdən sonra minlərlə insan təxliyə edildi

Elşən 18 May 2026 · 08:28 1126 baxış Çinin Quansi Çjuan Muxtar Rayonunda qeydə alınan 5,2 bal gücündə zəlzələ nəticəsində 7 mindən artıq sakin təhlükəsizlik məqsədilə ərazidən təxliyə olunub. Bu barədə Nanfang Ribao qəzeti xəbər […]

Trampın xalqa müraciət edəcəyi vaxt açıqlanıb

Aysel Əlibəyli 14 İyul 2026 · 00:10 1074 baxış ABŞ Prezidenti Donald Tramp iyulun 16-da xalqa müraciət edəcək. Elpress.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün “Truth Social” hesabında paylaşım edib. Məlumata görə, Trampın […]